• şənbə, 20 Aprel, 06:38
  • Baku Bakı 14°C

Şimal bölgəsinə güclü qar yağıb

31.03.18 09:43 760
Şimal bölgəsinə güclü qar yağıb
Ötən gün axşam saatlarından başlayaraq Azərbaycanın şimal bölgəsində havaşəraiti kəskin dəyişib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, bölgəyə qar yağmağa başlayıb.
Quba və Qusarın dağlıq ərazilərinə 26 sm qalınlığında qar yağıb. Havanın temperaturu mənfi 1-6 dərəcə arasında dəyişir.

Qubanın Xınalıq kəndinə 26 sm, Qırız kəndində 17 sm, Qusarın Ləzə kəndində isə 20 sm qalınlığında qar yağıb. Quba və Qusarın rayon mərkəzində isəqarın hündürlüyü 3-9 sm-dir.
banner

Oxşar Xəbərlər