• çərşənbə axşamı, 19 mart, 15:36
  • Baku Bakı 8°C

Silviya Platın iki yeni şeiri tapılıb

12.06.17 14:00 3007
Silviya Platın iki yeni şeiri tapılıb
Amerikalı şair, qısa hekayə müəllifi Silviya Platın bugünə qədər ədəbiyyata məlum olmayan iki şeiri tapılıb. "HuffingtonPost”-da yer alan xəbərə görə, Orlean Universitetinin elmi iş üçün araşdırma aparan gənc alimləri – Qeyl Krauser və Piter Steynberq şairin bütün arxivi ilə tanış olmaq üçün İndiana Universitetinin nəzdindəki Lilli Kitabxanasına müraciət ediblər. Araşdırmalar zamanı müəllifin 50 ildən çox yaşı olan iki şeiri aşkarlanıb. Şeirlər Silviya ilə həyat yoldaşı, dövrün gənc və uğurlu müəlliflərindən Tom Haqsın tanışlıqlarının ilk dövrlərində 1956-cı ilin payızında qələmə alınıb. Şeirlərdə Platın həyat yoldaşına heyranlığı ilə yanaşı, münasibətlərində narazı qaldığı cəhətlər də əks olunub. "Tutuquşu” ("Shrike”) və "Təbii tarix” ("Natural history”) adlı şeirlər yazı makinası ilə yazılsa da, hərflər bir-birinə olduqca yaxın düşüb. Bu isə şeirin oxunmasını çətinləşdirib. Steynberq photoshop proqramından istifadə etməklə şeiri deşifrə edib və yeni versiyanı əlyazma şəklində köçürüb. Təbii ki, kitabxanadan şeirin orijinal versiyasınınçıxarılmasına icazə verilməyib. Lakin bu şeirlərin heç harda yayımlanmadığı və dünya ədəbiyyatının bu nümunələrdən xəbərsiz olduğu ictimailəşdirildikdən sonra şairin irsinə giriş üçün icazə verilib.
"Faber” nəşriyyatı da Silvia Plasın cari ilin dekabr ayında nəşr etdirməyi planlaşdırdığı şeir toplusunun yekunlaşdırılması mərhələsini dayandırıb. Nəşriyyat bu şeirləri ilk dəfə yayımlamaq üçün bundan yaxşı fürsət olmayacağı səbəbilə Lilli Kitabxanasına rəsmi müraciət ünvanlayıb. "Faber”-dən yayılan məlumata görə, hətta bu iki nümunəyə görə, kitabxanaya bir ödəniş etməyə də razıdırlar.
banner

Oxşar Xəbərlər