• çərşənbə axşamı, 19 mart, 18:03
  • Baku Bakı 8°C

Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb

04.12.20 21:47 779
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb

Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı məlum olub.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, cari il dekabrın 1-dək fonda 210.625.007,86 AZN, 11.171.613,65 ABŞ dolları, 181.319,42 avro, 495.561,33 türk lirəsi, 1.844,72 ingilis funt sterlinqi və 5.398.550,00 rubl vəsait daxil olub.
Qeyd edək ki, noyabrın 1-dən dekabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna 12.611.973,40 AZN, 175.507,81 ABŞ dolları, 15.723,23 avro, 40 türk lirəsi, 550 ingilis funt sterlinqi və 336.000,00 rubl vəsait daxil olub.
Müdafiə Nazirliyinin rəhbərliyi maddi və mənəvi dəstəyini əsirgəməyən hər kəsə öz minnətdarlığını bildirir.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır.
Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.
banner

Oxşar Xəbərlər