Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılan gənclərlə Samuxda görüş keçirilib
22.10.19 18:00
749
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin (SHXÇDX) Samux rayon bölməsinin təşkilatçılığı, rayon icra
hakimiyyətinin, gənclərin valideynlərinin, veteranların və ictimaiyyət
nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin müvafiq sərəncamına əsasən müddətli həqiqi hərbi xidmətdən ehtiyata
buraxılmış hərbi vəzifəlilərin qarşılanma mərasimi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər
Əliyevin həyat və fəaliyyətindən bəhs edən foto stendlərlə tanış olublar.
Mərasimdə respublikamızın ərazi bütövlüyü uğrunda
canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin
başçısı Alı Qocayev Azərbaycan Silahlı Qüvvələri sıralarından ehtiyata
buraxılan gəncləri həqiqi hərbi xidməti müvəffəqiyyətlə yerinə yetirmələri
münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
SHXÇDX-nin Samux rayon bölməsinin rəisi,
polkovnik-leytenant Səbuhi Abdullayev Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyevin rəhbərliyə ilə həyata keçirilən islahatların müsbət
nəticələrindən danışıb. Bölmə rəisi gənc nəslin hərbi vətənpərvərlik ruhunda
tərbiyə edilməsi istiqamətində həyata keçirilən işlərin müsbət nəticələr
verdiyini deyib.
Ehtiyata buraxılmış gənclər adından danışan Dəyanət
İsmayılov Azərbaycan Silahlı Qüvvələri sıralarında hərbi xidmət keçdikləri ilə
fəxr etdiklərini bildirib.
Tədbirdə, həmçinin hərbi vəzifəlilərə ehtiyatda
xidmət haqqında məlumat verilib, onların hüquq və vəzifələri diqqətlərinə
çatdırılıb.
Sonda müddətli həqiqi hərbi xidmətdən ehtiyata
buraxılmış gənclərə müxtəlif qiymətli hədiyyələr təqdim olunub.