• şənbə, 20 Aprel, 20:13
  • Baku Bakı 24°C

Silahlı Qüvvələrin qida rasionu dəyişdirilir

13.01.14 10:42 1400
Silahlı Qüvvələrin qida rasionu dəyişdirilir
Bu barədə APA-ya hökumətdəki mənbələrdən məlumat verilib.
Dəyişiklik Müdafiə Nazirliyinin təklifləri əsasında aparılacaq. Hazırda bununla bağlı Müdafiə Nazirliyi, Nazirlər Kabineti və Maliyyə Nazirliyinin nümayəndələri tərəfindən müvafiq araşdırmalar və hesablamalar aparılır.
Aparılacaq dəyişikliklər nəticəsində keçmiş Sovet ordusundan qalma bir sıra qidaların rasiondan çıxarılması, onların Azərbaycana məxsus yeməklərlə əvəzlənməsi nəzərdə tutulur.
Əsgərlərin rasionunda hansı qidaların dəyişdiriləcəyi isə aparılacaq hesablamaların sonunda qəbul ediləcək qərarlardan asılı olacaq.
Müdafiə Nazirliyi bütün hərbi hissələrdə (əvvəllər yalnız xüsusi təyinatlı hissələrdə mövcud olub) qida rasionuna əlavə olaraq meyvə və çərəzlərin daxil olunmasını təklif edib.
Qeyd edək ki, 2013-cü ilin yanvar ayında Nazirlər Kabineti Silahlı Qüvvələr və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin şəxsi heyəti üçün ərzaq payı normalarının yeni siyahısını təsdiq edib.
Bunadək Silahlı Qüvvələrdə hərbçilərin qidalanması 1992-ci ildə təsdiq olunmuş ümumqoşun ərzaq payı normaları əsasında həyata keçirilib. Yeni siyahıda əsgərin gündəlik qidalanması üçün müəyyən edilmiş qida məhsullarının sayı 28-dən 24-ə endirilib. Siyahıya pendir və cem, hər gün yumurta verilməsi (əvvəllər həftədə 1 dəfə) əlavə olunub.
banner

Oxşar Xəbərlər