• çərşənbə axşamı, 23 aprel, 21:08
  • Baku Bakı 20°C

Silahlı Qüvvələrin III korpusuna yeni qərargah rəisi təyin edilib

30.04.14 15:37 5285
Silahlı Qüvvələrin III korpusuna yeni qərargah rəisi təyin edilib
Azərbaycan Silahlı Qüvvələrinin III ordu birləşməsinə yeni qərargah rəisi təyin edilib.
Hərbi mənbələrdən APA-ya verilən məlumata görə, korpusun qərargah rəisi postuna polkovnik Gəray Bağırov təyinat alıb. G. Bağırov uzun müddət Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində çalışıb. Ondan əvvəl isə bir müddət III ordu birləşməsinin komandanı vəzifəsini (general-mayor Fikrət Məmmədovdan sonra) icra edib. G. Bağırov sabiq müdafiə naziri Səfər Əbiyev tərəfindən «vurulmuş» zabitlərdən sayılıb.
Qeyd edək ki, bir müddət əvvəl III ordu birləşməsinin qərargah rəisi, polkovnik Xəqani Cəbrayılov II ordu korpusuna qərargah rəisi təyin olunub.
banner

Oxşar Xəbərlər