• çərşənbə axşamı, 23 aprel, 19:07
  • Baku Bakı 20°C

Silahlı Qüvvələrin Akademiyasına və Hərbi Polis İdarəsinə yeni rəislər - Təyinat

15.05.14 12:30 4488
Silahlı Qüvvələrin Akademiyasına və Hərbi Polis İdarəsinə yeni rəislər - Təyinat
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı APA-ya bildirib ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun imzaladığı müvafiq əmrlə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi (AAHM) rəisi, general-mayor Heydər Piriyev tutduğu vəzifədən azad edilərək Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasına rəis təyin olunub.
Müdafiə Nazirliyinin Hərbi Polisinin rəisi, polkovnik Füzuli Salahov isə AAHM-nin rəisi vəzifəsinə təyinat alıb.
V. Dərgahlının sözlərinə görə, Hərbi Polisinin rəisi vəzifəsinin icrası isə polkovnik Azad Ağayevə həvalə olunub.
Qeyd edək ki, MN sistemində kadr dəyişikliklərinin aparıldığı barədə “aznews” xəbər yayıb.
banner

Oxşar Xəbərlər