• cümə, 19 Aprel, 21:01
  • Baku Bakı 24°C

Silahlı Qüvvələr Ali Baş Komandanın hər bir əmrinin icrasına hazırdır

12.04.18 11:25 506
Silahlı Qüvvələr Ali Baş Komandanın hər bir əmrinin icrasına hazırdır
Müdafiə naziri,general-polkovnikZakir Həsənovaprelin 11-də keçirilən prezident seçkilərinin uğurla başa çatması vəİlham Əliyevin növbəti dəfə inamlıqələbə qazanaraq Azərbaycan prezidenti vəzifəsinə yenidən seçilməsi münasibəti ilə ordunun şəxsi heyətini təbrik edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müdafiə naziri bildirib ki, Azərbaycan Ordusunun şəxsi heyəti seçkilərin səsverməsi prosesində böyük ruh yüksəkliyi ilə iştirak edib, ölkənin təhlükəsizliyi və demokratik inkişafı naminə doğru seçim edərək ən layiqli namizədə səs verib:
"General-polkovnikZakir Həsənovbir daha əmin edib ki, Azərbaycan Ordusunun şəxsi heyəti Vətənimizin keşiyində ayıq-sayıq dayanıb, torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanının hər bir əmrinin icrasına hazırdır və qadirdir".

banner

Oxşar Xəbərlər