• cümə axşamı, 28 mart, 14:15
  • Baku Bakı 16°C

Silah anbarındakı partlayışlarla əlaqədar Ukrayna Ali Radasında fövqəladə iclas keçiriləcək

23.03.17 13:56 786
Silah anbarındakı partlayışlarla əlaqədar Ukrayna Ali Radasında fövqəladə iclas keçiriləcək
Ukrayna Ali Radasının milli təhlükəsizlik və müdafiə məsələləri üzrə komitəsi Xarkovun Balakleya şəhərində hərbi anbarda baş vermiş partlayışlarla əlaqədar fövqəladə iclas keçirəcək.
AZƏRTACxəbər verir ki, bu barədə komitənin üzvü Yuri Bereza açıqlama yayıb.
Xatırladaq ki, partlayışlarla əlaqədar Balakleya şəhərinin, həmçinin Verbovka və Yakovenkovo kəndlərinin sakinləri, ümumilikdə 20 min insan təxliyə edilib.
Ukraynanın Müdafiə Nazirliyi partlayışların təxribat nəticəsində törədildiyini güman edir.
banner

Oxşar Xəbərlər