• cümə, 29 Mart, 06:35
  • Baku Bakı 5°C

Şikayəti rədd edildi

10.12.19 12:30 461
Şikayəti rədd edildi
"Real”ın futbolçusu Kərim Benzema yenə də məhkəmə qarşısına çıxarıla bilər.
Kaspi.az xəbər verir ki, Fransa Ali Məhkəməsi Benzemanın Valbuen məsələsi ilə bağlı apellaysiya şikayətini rədd edib.
Futbolçunun nümayəndələri polis araşdırmasının düzgün aparılmadığı ilə bağlı şikayət etmişdi. Amma məhkəmə araşdırmanın qanun çərçivəsində aparıldığı ilə bağlı qərar verib.
Bu da o deməkdir ki, Valbuen məsələsi ilə bağlı məhkəmə çəkişməsi davam edəcək. Benzemaya qarşı iddia 2015-ci ildə irəli sürülüb. O, yığmadakı sabiq komanda yoldaşı Valbeni şantaj etməkdə ittiham olunurdu.
Onu da qeyd edək ki, məhkəmə Benzemaya Valbuenlə əlaqə saxlamağı qadağan edib. Bu qalmaqaldan sonra isə Kərim Fransa yığmasından uzaqlaşdırılıb.
banner

Oxşar Xəbərlər