• cümə, 29 Mart, 00:04
  • Baku Bakı 7°C

SHXÇDX əməkdaşlarının maaşlarının artırılması barədə sərəncam imzalanıb

10.03.18 19:10 828
SHXÇDX əməkdaşlarının maaşlarının artırılması barədə sərəncam imzalanıb
Azərbaycan prezidentiİlham ƏliyevSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, sərəncama əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılır.
Azərbaycan RespublikasınınNazirlər Kabinetibu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

banner

Oxşar Xəbərlər