• cümə axşamı, 25 aprel, 11:26
  • Baku Bakı 14°C

“Shamkir Chess 2019” super turnirinin iştirakçıları müəyyənləşib

22.02.19 15:30 540
“Shamkir Chess 2019” super turnirinin iştirakçıları müəyyənləşib
Tanınmış şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi "Shamkir Chess 2019” super turnirinin iştirakçıları məlum olub.
Vüqar Həşimov Şahmat AkademiyasındanAZƏRTAC-a verilən xəbərə görə, martın 31-dən aprelin 9-dək keçiriləcək altıncı Vüqar Həşimov memorialında qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov ilə yanaşı, hazırkı dünya çempionu norveçli Maqnus Karlsen, keçmiş dünya çempionu Vişvanatan Anand, hollandiyalı Aniş Giri, çinli Dinq Liren, rusiyalı Aleksandr Qrişuk, Sergey Karyakin, çexiyalı David Navara və bolqarıstanlı Veselin Topalov iştirak edəcəklər.
Qeyd edək ki, bu nüfuzlu yarışda dünyanın ən güclü şahmatçıları mübarizə aparırlar.
Xatırladaq ki, ötənilki turnirin qalibi Maqnus Karlsen olub.
banner

Oxşar Xəbərlər