• çərşənbə, 24 Aprel, 07:32
  • Baku Bakı 13°C

Şeyxülislam müsəlmanların məhv edilməsi planından danışdı

14.09.13 11:23 1278
Şeyxülislam müsəlmanların məhv edilməsi planından danışdı
Şeyx qeyd edib ki, dünyada əsas münaqişə ocaqlarının, müharibə meydanlarının müsəlmanlar yaşayan məkanları əhatə etməsindən belə bir nəticə hasil olur ki, İslam dünyasını qarışdırmaq, müsəlmanların kütləvi məhvi niyyəti üstünlük təşkil edir. Bu məqsədlə müsəlmanların özlərindən də istifadə olunur. Məzhəb fərqləri bilərəkdən qabardılır, qarşı-qarşıya qoyulmaq üçün sui-istifadə olunur:
“Baxın, İslam dini missionerlərsiz, öz dəyərlərinin ilahi qüdrəti, ideyalarının gücü sayəsində yayılır, özünə qeyri-müsəlmanlar tərəfindən ardıcıllar toplayır. Hər il müsəlmanlar Ramazan ayında, Həcc ziyarəti zamanında yüksək mütəşəkkillik nümayiş etdirir, ibadətlərini kütləvi şəkildə Allaha xatir həyata keçirirlər. Bu möhtəşəmlik, mütəşəkkillik bəzilərini narahat edir. Nifaq salmaq istəyən qüvvələr isə bütün dövrlərdə olub və olacaq” - Şeyxülislam deyib.
banner

Oxşar Xəbərlər