• cümə axşamı, 25 aprel, 00:49
  • Baku Bakı 19°C

Şeyxülislam Azərbaycanda əsirlikdə olan erməni hərbçi ilə görüşüb

02.11.13 12:04 1372
Şeyxülislam Azərbaycanda əsirlikdə olan erməni hərbçi ilə görüşüb
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə noyabrın 1-də bu ilin avqust ayında təmas xəttində əsir düşmüş Ermənistan hərbçisi Akop İnciqulyanla görüşüb.
QMİ-dən APA-ya verilən məlumata görə, Şeyxülislam erməni hərbi əsirlə erməni katolikosu II Qareginin xahişi ilə görüşüb.
Hərbi əsirin saxlanma şəraiti, səhhəti ilə maraqlanan Şeyxə əsirin incidilmədiyi, diqqətdə saxlanıldığı barədə məlumat verilib. A. İnciqulyan bildirib ki, Azərbaycan tərəfə azıb keçməyib. O, Azərbaycan tərəfə özü keçdiyini deyib. Əsir bunu tez-tez döyülməsi, incidilməsi ilə izah əlaqələndirib.
Əsirlə görüşdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Melik Yevdayev və Bakıdakı Katolik İcmasının rəhbəri Vladimir Fekete də iştirak ediblər.
Dini liderlərin imzaladıqları 2010-cu il bəyannaməsinə görə, Azərbaycan və Ermənistanın dini liderləri hərbi əsirlərlə bağlı problemlərin həllində qarşılıqlı yardım göstərmək barədə öhdəlik götürüblər. Qırmızı Xaç Komitəsinin icazəsi olmadığına görə, görüşdə jurnalistlərin iştirakına icazə verilməyib.
Qeyd edək ki, avqustun 7-dən 8-nə keçən gecə erməni silahlı bölmələrinin hərbçisi Akop İnciqulyan qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib.
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının katibi Şahin Sayılov bir qədər əvvəl APA-ya açıqlamasında A. Akop İnciqulyanın üçüncü ölkəyə getmək istəməsi barədə Azərbaycan hökumətinə müraciət etdiyini bildirib.
banner

Oxşar Xəbərlər