• cümə, 26 Aprel, 00:30
  • Baku Bakı 16°C

Şeyxülislam ABŞ-a yola düşür

28.04.14 08:28 1153
Şeyxülislam ABŞ-a yola düşür
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti 29-30 aprel tarixlərində "ABŞ-Azərbaycan Konvensiyası: Gələcəyə baxış" mövzusunda keçiriləcək tədbirdə iştirak etmək üçün Vaşinqtona səfər edəcək.
QMİ-nin mətbuat xidmətindən bildirilib ki, Azərbaycandakı dini konfessiya rəhbərlərinin - pravoslav icmanın rəhbəri Arxiyepiskop Aleksandr İşein, dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev və katolik icmanın ordinatoru Vladimir Feketenin daxil olduğu nümayəndə heyəti tədbirin "Dialoqun möhkəmləndirilməsi - tolerantlığın təşviq olunması" mövzusunda IV sessiyasında iştirak edəcək.
Sessiyanın panel iclasında QMİ sədri A. Paşazadə Azərbaycanda mövcud tolerantlıq mühiti barədə məruzə edəcək./trend/
banner

Oxşar Xəbərlər