• çərşənbə axşamı, 23 aprel, 12:34
  • Baku Bakı 24°C

“Şeyx Sənan” Gürcüstanın dövlət teatrında

17.07.13 10:49 1421
“Şeyx Sənan” Gürcüstanın dövlət teatrında
Teatrın mətbuat katibi Elçin Cəfərovun APA-ya verdiyi məlumata görə, qarışılıqlı razılaşmaya əsasən, Hüseyn Cavidin “Şeyx Sənan” faciəsi birgə səhnəyə qoyulacaq: “Əsər artıq gürcü dilinə tərcümə olunub. Nəzərdə tutmuşuq ki, yeni teatr mövsümündə səhnə əsərinin Bakıda və Tiflisdə premyerasını keçirək”.
Bundan başqa Akademik Milli Dram Teatrı yeni teatr mövsümündə digər beynəlxalq layihələrə də start verəcək. Polşalı rejissor Kşiştof Zanussi Milli Teatrda tamaşa hazırlayacaq. Layihəyə əsasən, “Müsyo Jordan və Dərviş Məstəli şah” tamaşasında Müsyo Jordan rolu fransız aktyorun iştirakı ilə təqdim olunacaq.
banner

Oxşar Xəbərlər