• cümə, 29 Mart, 15:51
  • Baku Bakı 14°C

Şeyx Məkkədə səs verəcək

07.10.13 15:40 1254
Şeyx Məkkədə səs verəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün Məkkə şəhərinə yola düşüb.
QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın APA-ya verdiyi məlumata görə, səfərin məqsədi Həcc ziyarətinin təşkilatçısı olan QMİ-nin rəhbərinin ziyarətin gedişi ilə yerində tanış olmasıdır.
A. Paşazadə eyni zamanda ziyarəti təşkil edən qurumun rəhbəri kimi prezident seçkiləri ilə bağlı Məkkədə azərbaycanlı zəvvarların səsverməsinin təşkilində şəxsən iştirak edəcək.
QMİ sədri və onu müşayiət edən şəxslər seçki günü zəvvarlarla birgə Məkkə şəhərində səs verəcəklər. Şeyxin səfəri oktyabrın 11-də başa çatacaq.
Qeyd edək ki, Azərbaycanın Səudiyyə Ərəbistanı ilə apardığı danışıqlar nəticəsində səsvermənin keçirilməsi ilə bağlı razılıq əldə olunub.
Azərbaycan Mərkəzi Seçki Komissiyasının səlahiyyətli nümayəndəsi Ramiq Nurəliyev də seçki prosesinə nəzarət eləmək üçün artıq Məkkəyə ezam edilib.
banner

Oxşar Xəbərlər