AZE | RUS | ENG |

Seymur Nəsirov: Azərbaycanın yüksək səviyyəli seçkilər keçirmək təcrübəsi var

Seymur Nəsirov: Azərbaycanın yüksək səviyyəli seçkilər keçirmək təcrübəsi var
"Aprelin 11-də keçiriləcək prezident seçkilərini Misirdə yaşayan azərbaycanlılar da yaxından izləyirlər".
 
Bunu sechki-2018.az saytına açıqlamasında Misirdəki Azərbaycan diasporunun sədri, Qahirə Universitetinin müəllimi, tədqiqatçı alim Seymur Nəsirov deyib.

Onun sözlərinə görə, Misirdə yaşayan soydaşlarımız Azərbaycanda baş verən hadisələri diqqətlə izləyir və bu seçkilərin Azərbaycan xalqı üçün uğurlu olacağına inanır: "Azərbaycanın yüksək səviyyəli seçkilər keçirmək təcrübəsi var.  İnanırıq ki, 11 aprel seçkilərində də dünyaya nümunəvi seçki modeli təqdim ediləcək”.

S.Nəsirov hesab edir ki, hər bir seçki ölkədə yeni inkişaf mərhələsinin və  islahatların başlanğıcı kimi xarakterizə olunur.

"Azərbaycan artıq beynəlxalq aləmdə böyük nüfuza malik ölkədir. Ölkə bütün sahələrdə böyük uğurlara imza atıb. Bu mənada inanıram ki, 11 aprel seçkiləri Azərbaycan xalqı üçün yeni uğurların başlanğıcı olacaq”, - deyə diaspor sədri bildirib.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176