• çərşənbə, 24 Aprel, 03:48
  • Baku Bakı 14°C

Seyid Səbrinin şəxsi arxivi yaradılıb

17.01.18 16:44 797
Seyid Səbrinin şəxsi arxivi yaradılıb
AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda 2017-ci ilin sonlarından etibarən Naxçıvan Muxtar Respublikasının elm, ədəbiyyat, mədəniyyət və maarif xadimlərinin şəxsi arxivlərinin yaradılması işinə başlanılıb. Artıq XX əsrin 20-70-ci illərində Naxçıvanın ictimai-siyasi, elmi və ədəbi-mədəni mühitində özünəməxsus izi olan Seyid Səbri (Əsədli) Mirsadıq oğlunun şəxsi arxivi yaradılıb. Bu, Əlyazmalar Fondunda yaradılan ilk şəxsi arxivdir.
Seyid Səbrinin əsərlərinin əlyazmaları, onunla bağlı müxtəlif arxiv sənədləri, nadir fotoşəkillər və digər materiallar qızı Fatma Əsədli tərəfindən fonda təqdim edilib.
Hazırlanan şəxsi arxivə S. Səbrinin "Şeirlər dəftəri” (dəftərə 91 lirik, satirik, ictimai-siyasi məzmunlu şeir və bir felyeton daxildir), müxtəlif illərdə Azərbaycan dilində kiril əlifbası ilə yazdığı "Azadlıq günəşi”, "Qansoranlar”, "Kimdir haqlı?” adlanan mənzum və nəsrlə yazılmış pyesləri, ərəb və kiril əlifbaları ilə yazdığı "Gözəldir”, "Mənsiz”, "Baxmaq istəyir”, "Vəsiyyət, şəriət, nəsihət” adlı şeirləri, eyni zamanda "Şərq qapısı” və "Yeni fikir” qəzetlərində dərc olunan yazılarının surətləri, 50-dən çox fotoşəkil və digər materiallar daxil edilib.
Əlyazmalar Fondunda şəxsi arxivlərin yaradılmasında da əsas məqsəd Naxçıvan Muxtar Respublikasının elm, ədəbiyyat, mədəniyyət və maarif xadimlərinin həyat və yaradıcılıqlarını hərtərəfli şəkildə araşdırmaq və ictimaiyyətə çatdırmaqdır.
Fondda bu istiqamətdə işlər davam etdirilir.
banner

Oxşar Xəbərlər