• çərşənbə axşamı, 19 mart, 12:54
  • Baku Bakı 8°C

Şeydayevin komanda yoldaşı sərxoş vəziyyətdə saxlanıldı

15.10.18 12:15 550
Şeydayevin komanda yoldaşı sərxoş vəziyyətdə saxlanıldı
"Krılya Sovetov”un müdafiəçisi Georgi Tiqiyev avtomobili sərxoş vəziyyətdə idarə edərkən saxlanılıb.
Kaspi.az xəbər verir ki, hadisə bazar günü baş verib. Məlumata görə, Tiqiyev saxlanılarkən, özünün olduqca aqressiv aparıb. O, yol polisinin əməkdaşlarını hədələyib.
Tibbi müayinədən sonra onun qanında amfetamin aşkarlanıb. Futbolçunun, hətta narkotik maddə qəbul etdiyi də ehtimal olunur.
Məsələ ilə bağlı araşdırma aparılır. 10 gün ərzində bioloji analizlərin nəticələri bəlli olacaq. "Krılya Sovetov”un direktorlar şurasının sədri Dmitri Şlayxtin bildirib ki, araşdırmalar başa çatdıqdan sonra futbolçuya hansı sanksiyaların tətbiq olunacağı barədə qərar qəbul edəcəklər.
Qeyd edək ki, Azərbaycan yığmasının futbolçusu Ramil Şeydayev də "Krılya Sovetov”da çıxış edir.
banner

Oxşar Xəbərlər