• cümə axşamı, 18 aprel, 20:36
  • Baku Bakı 21°C

Səyavuş Aslan II Fəxri Xiyabanda dəfn edildi

27.06.13 13:55 1920
Səyavuş Aslan II Fəxri Xiyabanda dəfn edildi
Akademik Milli Dram Teatrında xalq artisti Səyavuş Aslanla vida mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, vida mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, S. Aslan Azərbaycan teatr sənətinin sonuncu mogikanlarından biridir:
“Onun tamaşalarını yüz dəfələrlə, min dəfələrlə izləmişik. Siyavuş Aslanı hamı komik rolların ifaçısı kimi tanıyırdı. O, sonralar bir sıra dramatik rollara da çəkildi. O, Milli Dram Teatrının səhnəsində böyük dramaturqların tamaşalarında böyük rollara imza atdı. Siyavuşu mən 80-ci ildən tanıyırdım. Onunla bağlı xeyli xatirələrim var. Səyavuş Aslan son dərəcə ürəyiyumşaq, ətrafındakı adamlara hədsiz diqqətli adam idi. Siyavuş Aslanın sənəti dövlət tərəfindən həmişə yüksək qiymətləndirilib. İki gün öncə hörmətli prezidentimiz onu “Şərəf” ordeni ilə təltif etdi.”
Daha sonra çıxış edən Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov sənət dostu haqqında fikirlərini bildirib: “Siyavuş Aslanla 40 il dostluq etmişik. Onunla hansı qastrolda olurdumsa, böyük tamaşaçı sevgisi ilə qarşılaşırdıq. Bu itki bizim hamımızı sarsıdıb. Onun ailəsinə, yaxınlarına başsağlığı verirəm”.
Xalq artistləri Rafiq Əzimov, Nurəddin Mehdixanlı, Bəsti Cəfərova, İctimai Televiziyanın baş direktoru Cəmil Quliyev S. Aslan haqqında xatirələrini, fikirlərini bölüşüb, aktyorun yoxluğunu Azərbaycan teatrı və kinosu üçün böyük itki kimi dəyərləndiriblər.
Xalq artistinin cənazəsi dəfn olunmaq üçün II Fəxri Xiyabana aparılıb.
banner

Oxşar Xəbərlər