• cümə, 19 Aprel, 02:52
  • Baku Bakı 18°C

Sevinc Tofiqqızının “Mübariz” mahnısı TERT TV-də yayımlandı - Foto-Video

10.01.19 17:38 924
Sevinc Tofiqqızının “Mübariz” mahnısı TERT TV-də yayımlandı - Foto-Video
Tanınmış bəstəkar Sevinc Tofiqqızı Azərbaycanın fəxri, qüruru, tarixinin yaddaşına silinməz qələmlə adı həkk edilmiş Milli Qəhrəmanımız Mübariz İbrahimov haqqında "Mübariz” adlı mahnı bəstələyib. Onun bu bəstəsi və bəstəkarın özünün də iştirak etdiyi klip xarici ölkələrdə, o cümlədən İraq dövlətində TERT Televiziyasında yayımlanıb.
Sevinc Tofiqqızı açıqlamasında bildirib ki, bu mahnının onun üçün xüsusi özəlliyi var: "Bütün dünya ölkələri bilsinlər ki, Azərbaycan yenilməz dövlətdir. Qəhrəmanlarımızın şücaətini tərənnüm edən genişhəcmli əsərlər yazılmalı, ölkədən kənarda təbliğ edilməlidir. Mübariz İbrahimov kimi qəhrəmanlarımız gənclərimizə təbliğ olunmalıdır. Mən də bir bəstəkar olaraq bunun tətbiqinə çalışıram. Nur içində yat şəhidim. Ruhun qarşında bas əyirəm! Mahnını yayımladıqları üçün TERT Tv-nin əməkdaşlarına və rəhbərliyinə təşəkkür edirəm”.
Qeyd edək ki, musiqisi Sevinc Tofiqqızına aid olan "Mübariz” mahnısının sözləri Baba Vəziroğluna məxsusdur. Mahnını azyaşlı ifaçı Mehdi Həsənov ifa edib.

Klipin linki:





banner

Oxşar Xəbərlər