• çərşənbə axşamı, 16 aprel, 23:01
  • Baku Bakı 18°C

Sevinc Thunold: “Eşq dəlisiyəm”

13.11.13 12:19 4080
Sevinc Thunold: “Eşq dəlisiyəm”
Ötən il “Eurovision” mahnı müsabiqəsinin milli seçim turlarının finalçısı olan müğənni Sevinc Thunoldun “Eşd dəlisi” mahnısı ekranlaşdırılıb. Bu barədə müğənni “Kaspi”yə açıqlamasında bildirib.
Musiqisi sevilən bəstəkar Pərviz Mahmudov, sözləri Leyli İsrafilovaya məxsus mahnıya rejissor Rəhman Əliyev quruluş verib: “Bu mahnı mənim xarakterim və təbiətimə çox yaxındır. Nədənsə bütün sevgi mahnılarını sevirəm. Sakitliyi, hüzuru həzin mahnılarda tapıram”.
Klipin mövzusu sevən insanın daxili aləminin təzahürüdür. Klipin süjet xətti isə sevən qadının obrazı üzərində qurulub. Ekran işi televiziya kanallarında yayımlanmamış, sosial şəbəkələrdə və “Youtube”-da ən çox izlənilən kliplər sırasında yer alıb.
Müğənni açıqlamasında klipdə tərəf müqabili olmadığını söylədi: “Sevdiyim insanı beynimdə canlandıraraq rolu oynadım”. S.Thunold musiqi və sənətə olan hədsiz sevgisindən də danışdı: “Musiqi döyünən ürəyimdir. Hədəfim ən yüksək pillələrdə yer tutmaq, sayılıb-seçilən və sevilən müğənni olmaqdır. Qalmaqalsız da gündəmdə qalmaq olar. Qalmaqalla heç aram yoxdur. Heç kimin gözünü, qulağını boş-boş şeylərlə ağrıdıb gündəmdə olmaq istəmirəm”.
Klipi buradan izləyə bilərsiniz:
http://www.youtube.com/watch?v=5W9ZbbRlOgc

banner

Oxşar Xəbərlər