• cümə, 29 Mart, 17:29
  • Baku Bakı 14°C

Sevinc Səfərova “Sin” kitabına Amerikada təqdimat keçirdi - Fotolar

11.09.18 11:15 1041
Sevinc Səfərova “Sin” kitabına Amerikada təqdimat keçirdi - Fotolar
Amerikada yaşayan Azərbaycanlı yazar Sentyabrın 9-da Barrington Plazada kitab təqdimatı keçirtdi. Təqdimata Los Angelosda yaşayan Azərbaycanlılar, şəhərin tanınmış nümayəndələri və nüfuzlu şəxslər iştirak edirdi. Təqdimatda Los Angelosda yaşayan tanınmış prodüser, iş adamı Simon Shakib açıq elan edib.

S.Səfərova "Günah” romanını "Sin” adı ilə Amerikada "Xlibris Publish” kitab evi tərəfindən çap edildiyini və bu kitabın nəinki yerli vətəndaşların hətta yaşadığı Amerika vətəndaşlarının xahişi ilə ingilis dilinə çap etdirdiyini bildirdi.

Deyir ki, kitabın mövzusuna bələd olduqdan sonra bir çox kitab evlərindən onu çap etdirilməsi üçün dəvətlər gəlib və gələn dəvətləri dəyərləndirən yazar hazırlanan kitab üçün təqdimat keçirməyi özünə borc bilib: "Kitabın çap müddəti bir neçə ay çəkdi. Çox şükür ki, indi artıq satışdadır. "Xlibris Publish” kampaniyası artıq paylaşıb və saytlarında da var. Mənim bir Azərbaycanlı kimi bunu etmək ən ümdə borcum idi”.

Məlumat üçün bildirək ki, Amerikada satışa çıxarılan "Sin” kitabına tanınmış detektiv yazar, nasir, publisist, Azərbaycan SSR Yazıçılar İttifaqının,Azərbaycan Yazpıçılar Birliyinin üzvü, hüquq elmləri doktoru,"Neftçi" PFK-nın Müşahidə Şurasının sədriÇingiz Adullayev rəy bildirib. Bundan başqa dünyaca məşhur rejissor və ssenarist Ünal Küpeli "Sin” kitabına ön söz yazıb. Kitabın tərcüməsi isə Leyla Cəfərovaya məxsusdur. "Sin” kitabı iki cilddə bərk və yumşaq üzlükdə çap olunub.




banner

Oxşar Xəbərlər