• cümə axşamı, 18 aprel, 06:50
  • Baku Bakı 12°C

Sevinc Hüseynova: Azərbaycan koronavirusla mübarizədə ən öndə gedən ölkələrdən biridir

08.04.20 13:08 439
Sevinc Hüseynova: Azərbaycan koronavirusla mübarizədə ən öndə gedən ölkələrdən biridir
Bu gün bütün dünya koronavirus pandemiyası ilə mübarizəyə səfərbər edilib. Azərbaycan koronavirusla mübarizədə ən öndə gedən ölkələrdən biridir.
Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
S.Hüseynova bildirib ki, ölkəmizdə koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə hökumət tərəfindən sistemli addımlar atılır. Onun sözlərinə görə, xüsusi karantin rejiminin tətbiq olunması da bu məqsədə xidmət edir.
Millət vəkili vurğulayıb ki, koronavirusun vura biləcəyi zərərin qarşısının alınması üçün dövlət başçısının tapşırığına əsasən, Nazirlər Kabineti müvafiq Tədbirlər Planı təsdiqləyib:
"Məqsəd vətəndaşların sosial müdafiəsini tam təmin etməkdir. Görülən bu işlərin fonunda vətəndaşlar xüsusi karantin rejiminin qaydalarına əməl etməlidir”.
S.Hüseynova qeyd edib ki, Prezident İlham Əliyev aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı zamanı Azərbaycan xalqına müraciətində də karantin rejiminə riayət edilməsinin zəruriliyini bir daha vurğulayıb:
"Prezident İlham Əliyev bildirdi ki, Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən 2,5 milyard manat ayrılacaq ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, məşğulluqla bağlı problemlər öz həllini tapsın, həm də bizim makroiqtisadi və maliyyə vəziyyətimiz sabit olsun.
Dövlətimizin başçısı qeyd edib ki, insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür. Cənab Prezident vətəndaşlara müraciətlə söyləyib: "Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük!”.
Deputat vurğulayıb ki, hər bir vətəndaşımız Prezident İlham Əliyevin çağırışına ciddi şəkildə əməl etməlidir:
"Əməl etməliyik ki, hökumətimizin göstərdiyi səylər öz nəticəsini versin, koronavirus bəlasından tezliklə xilas ola bilək”.
banner

Oxşar Xəbərlər