• cümə axşamı, 28 mart, 16:07
  • Baku Bakı 16°C

Sevinc Fətəliyeva: Konvensiya Azərbaycanın iqtisadi qüdrətinin daha da artmasına töhfə verəcək

15.08.18 19:30 729
Sevinc Fətəliyeva: Konvensiya Azərbaycanın iqtisadi qüdrətinin daha da artmasına töhfə verəcək
Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması tarixi əhəmiyyətə malikdir. Xəzərdə tarixi razılaşma dənizin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələr arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəzlənməsini təmin edir. Belə ki, bu razılaşma nəticəsində mübahisəli yataqlar birgə işləniləcək, Xəzəryanı dövlətlərə və xalqlara fayda gətirəcək.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva bildirib.
Deputat deyib: "Dövlətimizin başçısının Konvensiyanın imzalanması mərasimindən sonra mətbuata bəyanatında vurğuladığı kimi, Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz dəyərli töhfəsini verib. Müzakirələrin getdiyi bütün dövrlərdə, xüsusən Konvensiyanın imzalanması ərəfəsində xaricdəki bəzi erməni lobbisinə yaxın dairələr anlaşmanın baş tutmaması üçünfəaliyyət göstərir, müxtəlif maneələr yaratmağa çalışırdılar. Çünki onlar bilirlər ki, bu sənəd Azərbaycanın iqtisadi qüdrətinin daha da artmasına töhfə verəcək”.
Milli Məclisin deputatı qeyd edib ki, Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması, hər şeydən əvvəl, xoş məram, qarşılıqlı etimad, ortaq maraqlar və mehriban qonşuluq əlaqələri sayəsində baş tutub. Sənəd bu beş ölkə arasında mövcud olan əlaqələrin daha da möhkəmlənməsi, əməkdaşlığın genişlənməsi üçün əlavə perspektivlər açır. Əlbəttə ki, bu cür əməkdaşlıqlar xalqların rifah halının daha da yaxşılaşmasına xidmət edəcək.
S.Fətəliyeva, həmçinin qeyd edib ki, əldə olunmuş razılıqlar Transxəzər boru kəmərinin reallaşmasına şərait yaradır. Bu da Azərbaycanın geosiyasi çəkisinin daha da yüksəlməsi üçün əlverişli mühit yaradır.
banner

Oxşar Xəbərlər