• cümə, 29 Mart, 15:18
  • Baku Bakı 14°C

Sevinc Fətəliyeva: Dünyada baş verən münaqişələrdə uşaqların qətl obyektinə çevrilmələri qəbuledilməzdir

19.10.17 18:00 3228
Sevinc Fətəliyeva: Dünyada baş verən münaqişələrdə uşaqların qətl obyektinə çevrilmələri qəbuledilməzdir
Dünyada baş verən münaqişələrdə uşaqların zorakılıq və qətl obyektinə çevrilmələri qəbuledilməzdir.
AZƏRTACxəbər verir ki, bunu Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva oktyabrın 19-da "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş, itkin düşmüş şəxslərin hüquqlarının müdafiəsi beynəlxalq humanitar hüquq kontekstində” mövzusunda keçirilən konfransda deyib.
S.Fətəliyevanın sözlərinə görə, hazırda Azərbaycanda hər gün erməni silahlıları tərəfindən atəşə tutulan məktəblər var. Onun sözlərinə görə, hər gün həmin məktəblərə gedən uşaqlar risk altındadırlar.
Komitə sədrinin müavini bildirib ki, uşaqların döyüşçü kimi müharibələrdə iştiraklarının qarşısının alınması bu sahədə fəaliyyət göstərən təşkilatların əsas məqsədlərindən birincisidir. O deyib: "İkinci əsas vəzifə postmünaqişə dövründə uşaqların cəmiyyətə inteqrasiyası, üçüncüsü isə münaqişə qurbanı olan uşaqların hüquqlarının qorunması ilə bağlıdır”.
banner

Oxşar Xəbərlər