• cümə, 29 Mart, 16:44
  • Baku Bakı 14°C

Sevimli kitablar

01.12.14 12:58 2387
Sevimli kitablar
Herman Hesse
(esse)
Mənə bu sual çox verilib: " Siz ən çox hansı əsərləri oxumağı sevirsiniz?"
Xarici ədəbiyyatı sevənə bu suala cavab vermək çox çətindir. Yəqin ki mən artıq on minlərlə kitab oxumuşam, hətta bəzilərini bir neçə dəfə təkrarən oxumuşam. Və mən kitabxanamdan öz marağıma uyğun olaraq hansısa müəlliflərin əsərlərini çıxarmağın tərəfdarı deyiləm. Kimsə musiqi barəsində düşünəndə ağlına ilk Bax, Hendel, Qlyuk gəlir, Şubert, Stavinskini heç xatırlamır. Mən də ədəbiyyat barəsində nəsə fikirləşəndə özümə yaxın olan dövрləri xatırlayıram. Məsələn yunanlardan digər tragiklərdənsə mənə Homer, Fukkidənsə Herodot mənə daha yaxındır. Bundan əlavə boynuma alıram ki, ehtiraslı, coşğun, çılğın müəllifləri sevmirəm. Onların əsərlərini oxumaq mənə çətin gəlir. Əslində coşğun insanları sevmədiyimçün bu cür əsərləri də xoşlamıram.
Ədəbiyyatın mən öyrənib bildiyim hissəsi və deyərdim ki, ən yaxşı hissəsi artıq əfsanəyə dönmüş 1750-1850-ci il Alman ədəbiyyatıdır. Bu yüzülliyin ən yüksək zirvəsi də Hötedir. Mən əminəm ki, bu dövрlərdə məyyus olmayacam, məni heç bir gözlənilməyən sensasiya yaxalamayacaq, mən öz səyahətlərimdə çox qədim dövрlərlərə qayıdıram, başqa-başqa ölkələrə düşürəm, şairlərə qayıdıram, məktubların və həyat təsvirlərinin müəlliflərinə qayıdıram. Onlara əsl humanistlərə, hələ də qəlbində xalq ruhunu yaşadanlara qayıdıram. Uşaqlığımdan mənə tanış olan yerlər, xalqlar, dillər haqqında olanda kitab mənə daha əziz və yaxın olur və mən əsəri qəribə xoşbəxt bir hisslə oxuyuram. Belə ki kitablarda ayrılıb tərcümə edilmiş nəyisə oxuyub yazanda, məyus oluram. Əlbəttə ki cənub və qərbi Almaniyanın dili, ən çox da aleman və şvab dialektlərində yazılanlar mənə xüsusi zövq verir. Myorik və Xibelin adlarını çəkmək elə kifayət edər. Lakin Hötedən tutmuş Ştifterə qədər, "Henrix Ştillinqin cavanlığı"ndan İmmermana və Droste - Xyulsxoffa qədər olan uğurlu dövrün demək olar ki, bütün alman və İsveç müəlliflərinin əsərlərini oxuyanda məni səadət bürüyür. Heyf ki, indiki dövrdə bu müəlliflərin əsərlərinə yalnız kitabxanalarda rast gəlmək olar. Və bu da bizim dövrün ən pis cəhətlərindəndir.
Lakin, qan, əsas və doğma dil heç də ədəbiyyatın hamısı deyil. Bir-birində təəccüb və sevinc doğurmaq üçün, tanımadığın uzaqlarda doğmalıq hiss etmək üçün, bağlı və əlçatmaz olanları yaxından tanıyıb öyrənmək üçün böyük bir bəşəriyyət var. Mən buna ömrümün birinci yarısında hindlilərin və çinlilərin mənəvi xəzinələrini öyrənməkdən sonra nail olmuşam. Hindistana məni doğma, tanış yollar, işarələr aparırdı. Çünki valideynlərim və onlarında valideynləri Hindistanda yaşayıb və hiнd dilini öyrəniblər. Ömrümün dördüncü on illiyinə çatanda özümə ikinci vətən, mənəvi sığınacaq hesab etdiyim Çini tanıdım. Ozamana qədər gözəl Çin ədəbiyyatının varlığını, insan soyunu n, insan mənəviyyatının "Çin qolu" olduğunu bilmirdim. Çin ədəbiyyatında Ryukkertin söylədiklərindən Şi Szindən başqa heç kimi tanımırdım. Lakin, Rixard Vilhelmin və başqalarının tərcümələrində mənim üçün çin-daos müdrikliyi və xoşbəxtliyinin idealını açdım. Və mən indi bunsuz həyatımı təsəvvür edə bilmirəm. Çin dilində bir kəlmə də anlamayan, Çində bircə dəfə də olmayan mən, bizdən 2.5 minillik aralı qalmış Çin ədəbiyyatında əvvəllər öz doğma evim və dilim olan dünyamda tapmadığım, mənim öz gümanlarımın təsdiqini mənəvi atmosfer və vətəni əldə etdim. Çjuanzının, Le-tsze və Men Kenin danışdığı Çin müəllimləri və müdrikləri səs-küydən, coşqunların tam əksi imişlər. Onlar çox sadə, xalqa və həyata yaxın insanlar olmuş, yalanı sevməmiş, könüllü olaraq tənhalıqda yaşamışlar. Bu üsluba yalnız heyrətlənmək və sonsuz şadlanmaq olar. Öyüdçü və təsnifçi, qanunverici və mənəviyyat qoruyucusu, qədim dövlərin müdrikləri arasından yeganə üslub təntənəsinə malik Lao-tszinin rəqibi olan Konfutsiy bu cür xarakterizə olunur. "O, işin alınmayacağını bilən və bu işdən yapışan deyilmi?" Heç yerdə görmədiyim sakit ton, yumor və sadəlik bu ədəbiyyatda mövcuddur. Mən dünyada baş verənləri, düşünəndə dünyanı idarə etmək istəyənlərin nitqini dinləyəndə bu sözlər yadıma düşür. Bu insanlar Konfutsiy kii edir, lakin, onlar "bu iş alınmayacaq" fikrini dərk etməyə qadir deyillər.
Yaponları da xatırlayıram. Çinlilər qədər olmasa da onlar da mənim zəkama qida vermişlər. İndiki dövrdəsə biz Almaniya kimi Yaponiyanı da hərbi ölkə kimi tanıyırıq. Artıq neçə yüzilliklərdir ki, dzen kimi böyük və itiağıllı, qəтiyyətli və ilhamlı praktik həyata istiqamətlənmiş Hindistanda və Çində buddizmdən ayrı hesab olunmayan bir gül, Yaponiyada tam öz gözəlliyi ilə çiçəkləyir. Mən hesab edirəm ki, dzen bir xalqın əldə edə biələcəyi ən qiymətli bir xoşbəxtlikdir. Bir də məni sadə və qısa olan Yapon poeziyası heyrətləndirirdi. Əgər yaponları oxusan, müasir alman lirikasını oxumazsan, çünki bizim şeirlər çox şişirdilmiş mə mənasız görünəcək. Yaponlar on yeddi hecalı şeir vəznini fikirləşib tapıblar. İncəsənətin dərk edilməsinin asanlaşmasından, onun çox şey itirəcəyini də başa düşürdülər. Məsələn nə vaxtsa bir yapon şairi cəmi iki cümləlik şeir yazıb. Şeirin məğzi bundan ibarətdir ki, qar yağmış meşədə gavalı ağacı çiçəkləyib. Şair şeiri qiymət verə biləcək birinə göstərmiş, o da söyləmiş ki, "bir budaq da yetər". Tənqidin necə doğru olduğunu dərk edərək, dost məsləhətinə qulaq asmış və onun şeirləri bugünkü gündə də unudulmayıb.
Bəzən bizim balaca ölkədə kitabların həddindən artıq çox çap olunmasına gülürlər. Əgər mən də bu gün cavan və güclü olsaydım kitab nəşrindən başqa heç nəylə məşğul olmazdım. Biz mənəvi ruhun və həyatın müdafiəsini müharibə edən ölkələrin döyüşləri bitirib dirçəlməsindən sonraya saxlaya bilmərik. Bu işlə əziyyətə uyğulaşaraq, tələsgənliklə də məşğul ola bilmərik. Keyfiyyətsiz və tez, əlüstü çap olunmuş kitablar, dünya ədəbiyyatı üçün müharibələr və onların fəsadları qədər təhlükəlidir.
Rus dilindən tərcümə edən:
XANIM AYDIN
banner

Oxşar Xəbərlər