• cümə axşamı, 25 aprel, 10:28
  • Baku Bakı 14°C

Sevgilisini boğub oldürən şəxsə 14 il iş verildi

17.12.13 16:20 1074
Sevgilisini boğub oldürən şəxsə 14 il iş verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Qəhrəman Bədəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Q. Bədəlov 14 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Q. Bədəlov mayın 11-də sevgilisi Yeganə Məmmədovanı boğaraq qətlə yetirib. Aparılan araşdırmalar zamanı Q. Bədəlovun Nizami Rayon Polis İdarəsində kuryer işlədiyi, Y. Məmmədova ilə münasibətlərinin olması və aralarında yaranmış münaqişə nəticəsində hadisənin baş verdiyi məlum olub.
banner

Oxşar Xəbərlər