AZE | RUS | ENG |

Sevgi ilə yaranan “Artkaspi.az”

Sevgi ilə yaranan “Artkaspi.az”
2017-ci ilin soyuqlu-sazaqlı, hətta qarlı (həmin gün Bakıya qar yağmışdı) fevral günündə "Artkaspi.az” saytı isti, ədəbiyyat qoxulu nəfəsilə oxucularına qovuşdu. Və mətbuatda yeni bir nəfəs açıldı, yeni bir ruh yarandı. Bu can "Kaspi” qəzetinin bir parçası, bir qolu idi. Deyirlər, sevgi ilə yaranan hər bir şey gözəl olur.
"Artkaspi.az” da sevgi ilə yarandı, əziz oldu, doğma oldu. Çünki hər bir - bəlkə də, oxucu üçün diqqətdən kənarda qala biləcək kiçicik detalına qədər, ürəklə hazırlandı. 
 
 
 
Mənim üçün Artkaspi.az” canlı bir orqanizmdir. Sanki bir az ədəbiyyat müəllimidir, bir az rəsm müəllimi, həm teatrşünasdır, həm kinoşünas, bir az da musiqişünasdır. Mən oxucusu kimi onun şagirdiyəm, tələbəsiyəm. O, mənə dayanmadan, təmənnasız əsl müəllim kimi çox şeyi öyrədir. Azərbaycan  və dünya ədəbiyyatının, musiqisinin, teatrının, kinosunun klassikasını öyrədir, çağdaşını tanıdır. Saytın belə çoxtərəfli olması vacib bir məsələdir. Çaylar gəlib Suqovuşanda bir-biri ilə cəmlənib Xəzərə töküldüyü kimi, ədəbiyyatın və incəsənətin də bir çox qolları gəlib Artkaspi.az”-da cəmlənərək oxucularla qovuşur.
  Yarandığı ilk gündən, ta bu günə kimi saytın  daimi müəlliflərindən biri də mənəm. Kaspi qəzetinin "Ədəbiyyat əlavəsi” və "Artkaspi.az” saytı üçün yazı hazırlamaq qədər, mənim üçün zövqlü, sevimli heç nə yoxdur. Buna qədər qəzetdən qazandığım oxucu sevgisi, sayt vasitəsilə daha da böyüdü. Mən imzamı daha böyük auditoriyaya tanıtdıra bildim. Heç kimə sirr deyil ki, qəzet bizim üçün nə qədər dəyərli olsa da, yazımızın dərc olunmasından aldığımız zövq necə böyük olsa da, zamanın tələbi artıq başqadır. Qloballaşan dünyamızda elektronlaşma, təbii ki, qaçılmazdır. Biz istəsək də, istəməsək də, bununla mütləq ayaqlaşmalıyıq. Mən qəzet ənənəsinə aşiq bir adam olsam da, sayt materialının dünyanın hər bir tərəfində əlçatan olmasına da çox sevinirəm. Çünki internet olan hər bir yerdə, saytda yerləşdirilən yazını rahatca oxumaq olur. İnternet isə demək olar hər yerdə var...
 
Hesab edirəm ki, Artkaspi.az” verdiyi vədə, necə deyərlər, öz şüarına, sözünə xələf çıxmadı. Yəni sayt söz verdiyi kimi, imzaları yox, əsərləri dərc etdi. Artkaspi.az” oxucu ilə dəyərli əlaqələrini qurmağı bacararaq ədəbiyyat aləmində tezliklə öz qabaqcıl yerini tuta bildi. Bu da təbii ki, asan başa gəlmədi. Bu qazanılan mövqe saytın təsisçisinin, əməkdaşlarının, müəlliflərin və oxucuların birgə vəhdətinin nəticəsidir. Mən Artkaspi.az”-a  daim öndə, qaynar, rəngarəng olmağı arzu edirəm. Bu gün bu saytın əməkdaşıyam. Amma  saytımızı təkcə, redaktoru kimi, daimi müəllifi kimi yox, oxucusu kimi daha çox sevirəm! Buna əminəm ki, saytın öz mövqeyi kimi, mənim də bu sevgim tam obyektivdir. Sevinirəm ki, saytın nəinki üzdə görünən tərəfi, yəni oxucuların monitordan gördükləri tərəfi, həm də daxili tərəfi, necə deyərlər, evin içi də çölü kimi gözəldir, ədəbiyyat və mədəniyyət ab-havalıdır.
 
"Kaspi” qəzeti "Üç əsrin qəzeti” olduğu kimi "Artkaspi.az” saytına da üç əsrin saytı olmağı arzu edirəm. İki yaşın mübarək, "Artkaspi.az”!
 
Xanım Aydın 
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311