• cümə, 29 Mart, 00:19
  • Baku Bakı 7°C

Sevda Sanalıyeva Bakını “susduracaq”

13.05.14 15:05 1289
Sevda Sanalıyeva Bakını “susduracaq”
Tanınmış ifaçı Sevda Sanalıyeva yeni klip çəkilişlərinə başlayıb.
İfaçının yeni iş birliyinə başlamış prodüseri Rauf Sahiboğlunun verdiyi məlumata görə, Sevda Sanalıyeva lirik mahnıya klip çəkdirir: “Klip mahnının sözlərinə uyğun olaraq paytaxtımızın küçələrində çəkiləcək. Bu mahnını Sevda xanım çox bəyənir. Məhz bu mahnıya klip çəkdirməyimizə səbəb isə onun artıq tamaşaçılar tərəfindən maraqla dinlənilməsi və böyük marağa səbəb olmasıdır. Bu vəziyyət bizi daha da ürəkləndirir və ürəklə işləməyimiz üçün böyük təkan verir”.
Klipdə Sevdanın tərəf müqabili sözlərə uyğun olaraq Bakı olacaq. Çünki ifaçının müraciəti və şikayəti də elə Bakının özüdür.
Qeyd edək ki, mahnının sözləri və musiqisi Zülfi Bədəlova aiddir. Klipin rejissoru Nail Naiboğlu ve Pərviz Oktayoğluya məxsusdur.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər