• cümə axşamı, 28 mart, 13:32
  • Baku Bakı 16°C

Seul və Vaşinqton razılığa gəliblər

08.03.21 16:30 716
Seul və Vaşinqton razılığa gəliblər
Seul və Vaşinqton Cənubi Koreyadakı ABŞ qoşunlarının saxlanma xərclərinin bölüşdürülməsinə dair razılığa gəliblər.
AZƏRTACCənubi Koreya KİV-lərinə istinadla xəbər verir ki, Cənubi Koreyanın Xarici İşlər Nazirliyi Vaşinqtonda ötən həftə keçirilmiş danışıqların növbəti mərhələsində müsbət nəticə əldə edildiyini açıqlayıb. Bildirilir ki, qoşunların saxlanmasını ehtiva edən "Xüsusi tədbirlər haqqında saziş"ə dair bir ildən çoxdur aparılan danışıqlar nəticəsində Cənubi Koreya ABŞ qoşunlarının saxlanmasına daha çox vəsait ayırmağa razılaşıb.
Seul və Vaşinqton Cənubi Koreyanın ayıracağı vəsaitin məbləğini açıqlamayıblar.
ABŞ Dövlət Departamentinin rəsmisinin açıqlamasında deyilir ki, Birləşmiş Ştatlar və Cənubi Koreya arasında "Xüsusi tədbirlər haqqında saziş" layihəsinə dair razılığın əldə olunması müttəfiqliyi və ümumi müdafiə gücünü artıracaq.
Cənubi Koreyadakı 28 min 500 nəfərlik ABŞ hərbi kontingentinin saxlanması xərclərinin bölüşdürülməsi sazişi qüvvəyə minmək üçün imzalanmağa təqdim olunacaq.
Qeyd edək ki, ABŞ qoşunlarının saxlanması xərclərinin bölüşdürülməsinə dair əvvəlki razılaşma 2019-cu ilin martında imzalanıb və həmin ilin sonunda müddət başa çatıb. Müttəfiqlərin ABŞ qoşunlarının 2020-ci il üçün saxlanması xərcləri ilə bağlı ciddi fikir ayrılığı olub. ABŞ-ın sabiq prezidenti Donald Tramp Cənubi Koreyanın ayıracağı vəsaitin 5 dəfə çoxaldılaraq 5 milyard ABŞ dollara çatdırılmasını təkid edirdi. Bundan başqa, Tramp administrasiyası Cənubi Koreyadan ABŞ hərbçilərinin ailələrinə dəstək və birgə hərbi təlimlərin keçirilməsi ilə bağlı xərcləri ödəməsini də istəyirdi. Cənubi Koreya tərəfi isə ABŞ qoşunlarının saxlanmasına ayrılan vəsaiti imkanları daxilində və ədalətli şəkildə artıra biləcəyini bəyan edirdi.
banner

Oxşar Xəbərlər