• cümə, 19 Aprel, 10:05
  • Baku Bakı 13°C

Səudiyyə şahzadəsi: “Fələstin və Qarabağla bağlı qətnamələrin icrasına maneçilik törədilməməlidir”

16.03.17 14:45 718
Səudiyyə şahzadəsi: “Fələstin və Qarabağla bağlı qətnamələrin icrasına maneçilik törədilməməlidir”
"Dünya 1945-ci ilin dünyası deyil, amma o dövrün mentaliteti ilə idarə olunur”.
APA-nın məlumatına görə, bunu Səudiyyə Ərəbistanı şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal V Qlobal Bakı forumu çərçivəsində "Beynəlxalq münasibətlərin gələcəyi" mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, güc bir çox mərkəzlər tərəfindən bölüşdürülməlidir. "Suriyavə Dağlıq Qarabağ münaqişələrində gördüyümüz kimi beynəlxalq ictimaiyyətinin gücsüzlüyü, ABŞ və Rusiyanın bu münaqişələri həll etmək istəməməsi daha böyük problemlərə gətirib çıxarıb.BMT-yə üzv ölkələr, Təhlükəsiz Şurasının 5 daimi üzvü tərəfindən yeni düşüncə tələb olunur. Fələstin və Dağlıq Qarabağın işğalına son qoymaq üçün qəbul olunan qətnamələrin icrasına maneçilik törədilməməlidir. Biz ümumi sivilizasiya naminə mübarizə aparmalıyıq”.
banner

Oxşar Xəbərlər