• cümə, 19 Aprel, 16:28
  • Baku Bakı 25°C

Səudiyyə Ərəbistanının neft ixracı azalıb

25.11.19 15:45 1031
Səudiyyə Ərəbistanının neft ixracı azalıb
Səudiyyə Ərəbistanının neft ixracı sentyabrda ötən ilin eyni ayına görə 25,5 faiz azalıb.
AZƏRTACSəudiyyə Ərəbistanının Baş Statistika İdarəsinin məlumatına istinadla xəbər verir ki, neft ixracının dəyəri isə 58 milyard 112 milyon rial təşkil edib. Keçən ilin müvafiq ayında ixracın dəyəri 77 milyard 966 milyon rial olub.
Sentyabrda ölkənin ümumi ixracının 76,1 faizini xam neft təşkil edib.
Qeyd edək ki, sentyabrda Səudiyyə Ərəbistanının milli neft şirkəti olan "Saudi Aramco”ya məxsus iki zavoda təşkil edilən hücumlar səbəbindən neft istehsalı müvəqqəti dayandırılmışdı.
OPEC-in məlumatına görə, sentyabrda Səudiyyə Ərəbistanın neft hasilatı gündəlik 8,8 milyon barrel olub. Oktyabrda isə yenidən sutkada 9,9 milyon barrelə yüksəlib.
banner

Oxşar Xəbərlər