• çərşənbə axşamı, 16 aprel, 09:02
  • Baku Bakı 14°C

Səudiyyə Ərəbistanında işsizliyin səviyyəsi 12 faiz aşağı düşüb

08.06.19 10:45 451
Səudiyyə Ərəbistanında işsizliyin səviyyəsi 12 faiz aşağı düşüb
Səudiyyə Ərəbistanında bu ilin birinci rübündə işsizliyin səviyyəsi 12,5 faiz azalıb.
AZƏRTACxəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Baş Statistika İdarəsi məlumat yayıb. Qeyd olunur ki, 2018-ci ilin dördüncü rübündə işsizliyin səviyyəsi 12,9 faiz təşkil edirdi.
Rəsmi məlumata görə, bu müddət ərzində kişilər arasında işsizlik 6,6 faiz təşkil edib. Qadınlar arasında isə hökumətin qadınların ölkənin siyasi və iqtisadi həyatında daha fəal rol oynaması üçün proqramlarının qəbul edilməsinə baxmayaraq, 31,7 faiz səviyyəsində qalıb.
Baş Statistika İdarəsi, həmçinin krallığın əhalisinin (15 yaş və ondan yuxarı) iqtisadi fəallığının artdığını və bu göstəricinin bu ilin birinci rübündə 42,3 faiz təşkil etdiyini qeyd edir.
banner

Oxşar Xəbərlər