• cümə, 29 Mart, 18:23
  • Baku Bakı 14°C

Səudiyyə Ərəbistanında inqilabi dəyişiklik

09.01.18 14:20 727
Səudiyyə Ərəbistanında inqilabi dəyişiklik
Yanvarın 12-də Səudiyyə Ərəbistanında inqilabi qərar qüvvəyə minəcək.
Kaspi.az xəbər verir ki, Səudiyyədə ilk dəfə olaraq qadınların stadionlarda futbola baxmasına icazə veriləcək. Bazar günü çempionatın 3 qarşılaşmasında xanım azarkeşlər stadiona gələ bilərlər.
Oyunlar 3 ayrı-ayrı şəhərdə keçiriləcək. Arenalarda qadınlar üçün xüsusi sektor ayrılacaq. Qadınların stadionlara gəlişini qadağan edən qərar oktyabrda qüvvədən düşmüşdü. Xanımlara stadionlara gəlmək azadlığı verən qərar yanvarın 12-dən qüvvəyə minir.
Bir müddət əvvəl bu ölkədə qadınların avtomobil idarə etməsinə qoyulan qadağa da aradan götürülüb. Bu qərar 2018-ci ilin iyununda qüvvəyə minəcək.
banner

Oxşar Xəbərlər