AZE | RUS | ENG |

Səudiyyə Ərəbistanında innovasiyalı “tibb şəhəri” salınacaq

Səudiyyə Ərəbistanında innovasiyalı “tibb şəhəri” salınacaq
Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun Fərmanına əsasən krallığın Asir əyalətində innovasiyalı "tibb şəhəri” salınacaq.
AZƏRTAC Əl-Ərəbiyyə telekanalına istinadla xəbər verir ki, "tibb şəhəri” eyni vaxtda 5 min xəstəni müalicə etmək imkanına malik olacaq. Orada bir sıra ixtisaslaşdırılmış obyektlərin və xəstəxanaların tikintisi, o cümlədən müasir kardiologiya, onkologiya, nevralgiya, pediatriya mərkəzləri, ümumi sağlamlıq mərkəzləri və hospitalda yatmağa ehtiyacı olmayan pasiyentlər üçün yaşayış mərkəzlərinin tikintisi nəzərdə tutulur. Bütün obyektlər ən müasir və süni intellektlə təchiz edilmiş avadanlıqla təmin olunacaq.
Kompleksin Asir əyalətinin və krallığın daha üç regionunun tibbi ehtiyaclarını tam ödəyəcəyı bildirilir. "Tibb şəhəri”nin qonşu ölkələrdən müalicə almaq istəyən vətəndaşlar arasında da məşhur tibb ocağı kimi tanınacağı gözlənilir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311