• cümə, 29 Mart, 15:44
  • Baku Bakı 14°C

Səudiyyə Ərəbistanında COVID-19 əleyhinə peyvənd apteklərdə pulsuz paylanılacaq

04.03.21 10:15 427
Səudiyyə Ərəbistanında COVID-19 əleyhinə peyvənd apteklərdə pulsuz paylanılacaq
Səudiyyə Ərəbistanı hökuməti COVID-19-a qarşı peyvəndləmə kampaniyası çərçivəsində orijinal qərar verib. Krallığın rəsmi SPA agentliyinin xəbərinə görə, Səhiyyə Nazirliyi peyvəndlərin pulsuz olaraq apteklərdə paylanmasını həyata keçirəcək.
AZƏRTACxəbər verir ki, Səudiyyə Ərəbistanının səhiyyə naziri Tefvik Əl-Rabiyə ölkədə dekabrın 17-də başlanmış peyvəndləmə kampaniyasının uğurla davam etdiyini, lakin bu prosesə daha çox insanın cəlb edilməsi üçün apteklərdə pulsuz peyvənd paylanacağını deyib.
Onun sözlərinə görə, peyvəndi alan vətəndaşlar onu özləri vurdura bilərlər. Bundan başqa, krallığın ərazisindəki bütün universitetlərin tibb fakültələri peyvəndləmə prosesini özləri aparacaq. Apteklərdə pulsuz peyvənd alanların adları elektron siyahıya salınacaq.
Pandemiya dövründə Səudiyyə Ərəbistanında COVID-19-a 378 min yoluxma, 65 minə yaxın ölüm faktı qeydə alınıb.

banner

Oxşar Xəbərlər