• cümə, 29 Mart, 18:57
  • Baku Bakı 14°C

Səudiyyə kralı və Türkiyə prezidenti arasında telefon danışığı olub

06.06.17 09:40 1568
Səudiyyə kralı və Türkiyə prezidenti arasında telefon danışığı olub
Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səud və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.
APA-nın xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanının SPA agentliyi məlumat verib.
Məlumata görə, söhbət zamanı Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında ikitərəfli münasibətlər müzakirə edilib, müxtəlif sahələrdə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb. Ölkə liderləri həmçinin Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətərlə diplomatik əlaqələri kəsdiklərini bəyan edib. Onlar qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar. Ardınca Liviya, Yəmən, Maldiv adaları və Mavrikiy Qətərlə diplomatik əlaqələrin dayandırıldığını bəyan edib.
banner

Oxşar Xəbərlər