• çərşənbə axşamı, 23 aprel, 20:26
  • Baku Bakı 20°C

Səudiyyə Ərəbistanı Kralı Türkiyə Prezidentinə minnətdarlıq edib

15.10.18 13:30 355
Səudiyyə Ərəbistanı Kralı Türkiyə Prezidentinə minnətdarlıq edib
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı zamanı ona itkin düşmüş səudiyyəli jurnalist Camal Kaşıkçının işinin araşdırılmasında əməkdaşlığa görə minnətdarlığını bildirib.
AZƏRTACxəbər verir ki, bundan əlavə, Kral Salman bin Əbdüləziz Al Səud Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında möhkəm münasibətlərin qurulduğunu və hər iki tərəfin bu münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz növbəsində Ankaranın Ər-Riyadla tarixi əlaqələrini yüksək qiymətləndirib və bu münasibətləri daha da möhkəmləndirmək istədiklərini vurğulayıb.
Xatırladaq ki, ABŞ-ın "Washington Post” qəzetinin icmalçısı Camal Kaşıkçı oktyabrın 2-də sənədlərini düzəltmək üçün Səudiyyə Ərəbistanının Türkiyədəki konsulluğuna girdikdən sonra yoxa çıxıb. Səudiyyə Ərəbistanı rəhbərliyi jurnalistin konsulluqdan çıxdıqdan sonra itdiyini bildirir.
banner

Oxşar Xəbərlər