• cümə axşamı, 25 aprel, 10:39
  • Baku Bakı 14°C

Səudiyyə Ərəbistanı Kanadaya təyyarə uçuşlarını dayandırır

08.08.18 12:15 386
Səudiyyə Ərəbistanı Kanadaya təyyarə uçuşlarını dayandırır
Səudiyyə Ərəbistanının "Saudi Arabian Airlines” aviaşirkəti avqustun 13-dən etibarən Kanadanın Toronto şəhərinə uçuşları dayandıracaq.
AZƏRTACyerli KİV-ə istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Hava Yolları şirkətinin rəsmi açıqlamasında qeyd olunub. Bildirilib ki, əvvəlcədən alınmış biletlərin qaytarılması və təxirə salınmasında heç bir məhdudiyyət olmayacaq. Torontoya getmək istəyən sərnişinlər üçün alternativ yolların tapılacağı qeyd edilib.
Səudiyyə Ərəbistanında bəzi fəalların həbsinə Kanada hökumətinin etirazından sonra iki ölkə arasındakı münasibətlərdə gərginlik müşahidə olunur.
banner

Oxşar Xəbərlər