• cümə, 29 Mart, 04:51
  • Baku Bakı 7°C

Səudiyyə Ərəbistanı Kanada ilə bütün təhsil proqramlarını dayandırır

07.08.18 12:00 664
Səudiyyə Ərəbistanı Kanada ilə bütün təhsil proqramlarını dayandırır
Səudiyyə Ərəbistanı Kanada ilə bütün müştərək təhsil proqramlarının dayandıracağını və bu ölkədə təhsil alan səudiyyəli tələbələrin digər ölkələrə köçürüləcəklərini bəyan edib.
AZƏRTACxəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Bundan əvvəl Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Kanadadakı səfirini geri çağırmış və bu ölkənin Ər-Riyaddakı səfirini arzuolunmaz şəxs elan edərək ona Krallıqdan çıxması üçün 24 saat vaxt vermişdi. Səudiyyə Ərəbistanı Kanada ilə bütün yeni ticarət investisiyalarını və transaksiyalarını dondurmaq barədə qərar da qəbul edib. Həmçinin bu ölkə Kanada ilə gələcək münasibətlərə dair addımlar atmaq hüququnu özündə saxladığını açıqlayıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı Krallığı bu addımları Kanada xarici işlər naziri Xristiya Friland bu ölkədə hüquq müdafiəçilərinin həbs edilməsindən son dərəcə narahat olduğunu bildirərək, onların azad edilməsinə çağırış etməsindən sonra atıb. Ər-Riyad bu bəyanatı Krallığın daxili işlərinə qarışmaq kimi qiymətləndirib.
banner

Oxşar Xəbərlər