• cümə, 19 Aprel, 19:35
  • Baku Bakı 24°C

Səudiyyə Ərəbistanı jurnalistin öldüyünü təsdiq edib

20.10.18 09:15 561
Səudiyyə Ərəbistanı jurnalistin öldüyünü təsdiq edib
Səudiyyə Ərəbistanının baş prokuroru şeyx Saud əl-Muacib oktyabırın 2-dən yoxa çıxmış səudiyyəli jurnalist Camal Qaşıqcının ölkənin İstambuldakı konsullugunda yaranmış münagişə zəminində öldüyünü təsdiqləyib.
AZƏRTACkrallığın SPA dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, rəsmi məlumata əsasən, "jurnalistin yoxa çıxması faktı ilə əlaqədar aparılan cinayət işinin ilkin nəticələrinə görə, Camal Qaşıqçı konsulluqda olarkən, orada bir neçə nəfər arasında yaranmış münaqışə və dava onun ölümünə səbəb olub”.
Baş prokuror Saud əl-Muacibin sözlərinə görə, hazırda araşdırmalar davam etdirilir və cinayət işi üzrə ölkənin 18 vətəndaşı istintaqa cəlb olunub. O həmçinin bildirib ki, krallıqda təhlükəsizlik qurumunda yüksək vəzifə tutan və Vəliəhdin müşaviri olan general Əhməd Əsiri və nazir rütbəsində olan krallığın dəftərxanasının müşaviri Saud əl-Kaxtanı vəzifələrindən azad olunublar.
banner

Oxşar Xəbərlər