AZE | RUS | ENG |

Səudiyyə Ərəbistanı jurnalistin öldüyünü təsdiq edib

Səudiyyə Ərəbistanı jurnalistin öldüyünü təsdiq edib
Səudiyyə Ərəbistanının baş prokuroru şeyx Saud əl-Muacib oktyabırın 2-dən yoxa çıxmış səudiyyəli jurnalist Camal Qaşıqcının ölkənin İstambuldakı konsullugunda yaranmış münagişə zəminində öldüyünü təsdiqləyib.

AZƏRTAC krallığın SPA dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, rəsmi məlumata əsasən, "jurnalistin yoxa çıxması faktı ilə əlaqədar aparılan cinayət işinin ilkin nəticələrinə görə, Camal Qaşıqçı konsulluqda olarkən, orada bir neçə nəfər arasında yaranmış münaqışə və dava onun ölümünə səbəb olub”.

Baş prokuror Saud əl-Muacibin sözlərinə görə, hazırda araşdırmalar davam etdirilir və cinayət işi üzrə ölkənin 18 vətəndaşı istintaqa cəlb olunub. O həmçinin bildirib ki, krallıqda təhlükəsizlik qurumunda yüksək vəzifə tutan və Vəliəhdin müşaviri olan general Əhməd Əsiri və nazir rütbəsində olan krallığın dəftərxanasının müşaviri Saud əl-Kaxtanı vəzifələrindən azad olunublar.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9377
GEL 1 1 Gürcüstan larisi 0.6286
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1803
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1885
CHF 1 1 İsveçrə frankı 1.6992
KWD 1 1 Küveyt dinarı 5.5919
TRY 1 1 Türkiyə lirəsi 0.3178