• cümə, 26 Aprel, 04:50
  • Baku Bakı 16°C

Səudiyyə Ərəbistanı dünyaya meydan oxudu

24.12.14 11:21 920
Səudiyyə Ərəbistanı dünyaya meydan oxudu
“Dünya bir də heç vaxt neftin barelini 100 dollar səviyyəsində görməyə bilər”
“APA-Economics”in “Middle East Economic Survey” nəşrinə istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Nuyami bildirib.
“Neftin qiymətinin hansı həddə olmasından asılı olmayaraq, hasilatın azalması OPEC üzvlərinin marağında deyil. Dünya bir də heç vaxt neftin barelini 100 dollar həddində görməyə bilər”, - deyə o, bildirib edib.
“Səudiyyə Ərəbistanı hasilatı azaldarsa, qiymətlər yüksələcək və ruslar, braziliyalılar və ABŞ-da şist qazı hasilatçıları mənim bazardakı payıma sahib olacaqlar. Biz dünyaya söyləmək istəyirik ki, ancaq neft hasilatında yüksək səmərəliliyə malik olan ölkələr bazarda paya layiqdirlər”, - deyə nazir qeyd edib.
banner

Oxşar Xəbərlər