• cümə, 29 Mart, 01:15
  • Baku Bakı 7°C

Səudiyyə Ərəbistanı ABŞ-ın İranla bağlı yeni strategiyasını dəstəkləyib

15.10.17 10:40 1590
Səudiyyə Ərəbistanı ABŞ-ın İranla bağlı yeni strategiyasını dəstəkləyib
Səudiyyə Ərəbistanının kralı Salman Bin Əbdül Əziz əl-Saud ABŞ prezidenti Donald Trampla keçirdiyi telefon danışıqları zamanı Birləşmiş Ştatların İranla bağlı yeni strategiyasına dəstəyini ifadə edib.
"Report”un məlumatına görə, bu barədə "Əl-Ərəbiyyə” telekanalı xəbər verib.
"Kral yeni administrasiyanın liderlik rolunu yüksək qiymətləndirib. Terrorçuluq və ekstremizmin əsas sponsoru olan İrana qarşı birgə səylər və sərt mövqeyin vacibliyi vurğulanıb”, - deyə bəyanatda bildirilir.
Qeyd olunur ki, Tramp krala tutduğu mövqeyə görə təşəkkürünü bildirib. Ağ Ev rəhbəri qeyd edib ki, ABŞdünyada təhlükəsizliyə nail olmaq üçün öz müttəfiqləri ilə birgə iş aparacaq.
banner

Oxşar Xəbərlər