• çərşənbə axşamı, 19 mart, 06:35
  • Baku Bakı 8°C

Səsvermə azad və demokratik şəraitdə keçirilir

24.06.18 17:02 319
Səsvermə azad və demokratik şəraitdə keçirilir
Türkiyə vətəndaşları ölkədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkiləri ilə bağlı səsvermənin təşkilindən razılıqlarını ifadə edirlər.
AZƏRTAC-ın xüsusi müxbiri vətəndaşların səsverməyə münasibətini öyrənmək üçün İstanbulun Sarıyer rayonda yerləşən Cümhuriyyət ibtidai məktəbindəki səsvermə məntəqələrində müşahidə aparıb.
Seçicilərdən Enes Aktan və Kaya Canpolat bildiriblər ki, səsvermə prosesi azad və ədalətli şəkildə keçirilir. Heç bir qanunsuz müdaxilə və kənar təsir yoxdur. Onlar əminliklə qeyd ediblər ki, Türkiyə xalqı düzgün seçim edəcək və hamı səsvermənin nəticəsinə hörmətlə yanaşacaq.
Seçki prosesi yüksək seçici fəallığı ilə davam etməkdədir. Məntəqələrin qarşısında növbələr mövcuddur.
banner

Oxşar Xəbərlər