Səsimiz Əmmandan gəlir
İordaniya mediası Azərbaycan
haqqında məqalələr dərc edib
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Üzv Dövlətləri Jurnalistləri Assosiasiyasının qurulmasından və 2016-cı ilin oktyabrında, onun ölkəmizdə akkreditə olunmuş müsəlman dövlətlərinin səfirləri və diplomatlarının iştirakı ilə keçirilmiş təşəbbüs konfransından üç il keçib. Bu müddət ərzində islam ölkələrindən 200-dən çox media təmsilçisinin ölkəmizə səfərləri təşkil olunub. İndoneziya, Pakistan, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Bəhreyn, Livan, Misir, Tunis, Əlcəzair, Mərakeş, Türkiyə, Oman, İordaniya, Sudan və digər ölkələrdən gəlmiş jurnalistlər təkcə Bakıya deyil, Cocuq Mərcanlıdan tutmuş Qəbələ, Şəki, Şamaxı və digər bölgələrimizə səfər ediblər. Azərbaycanın dağını da, aranını da öz gözləri ilə görüb, tarixi abidələrimizi ziyarət edib, ziyalılarımızla, əsgərlərimizlə, zəhmətkeş insanlarımızla tanış olublar. Azərbaycan dövlətinin qazandığı uğurlar, Qarabağ həqiqətləri və ölkəmizin turist qəbulu potensialı və digər mövzular barədə onların qələmə aldıqları yazıları öz ölkələrinin mediasında, internet portallarında və TV kanallarında çox böyük heyranlıqla işıqlandırılıb. Bu jurnalistlərlə söhbət zamanı bir daha yəqin etdik ki, Azərbaycan, onun ən ağrılı Qarabağ problemi haqqında islam ölkələri mətbuatında davamlı yazılar getməlidir. Maarifləndirici xarakter daşıyan bu yazıların siyasi və iqtisadi tərəfləri vacib əhəmiyyət daşıyır. Ölkəmizə gələn ərəb turistlərini vətənimizin gözəl mənzərələri heyran edib. Qubanın Şahdağında, Qəbələnin Tufandağında açılan heyrətamiz mənzərənin təsviri minlərlə ərəb turistinin diqqətini cəlb edir. Yoxsul təbiəti olan ərəb ölkələrinin turistləri Şəkinin Xan sarayına, istirahət guşələrinə heyran olmaya bilmirlər.
İslam ölkələrindən olan həmkarlarımız, Orta Asiya Respublikaları, Rusiyadakı islam toplumları ilə ölkəmiz vasitəsilə əməkdaşlıq yaratdıqları üçün öz minnətdarlıqlarını da bildirirlər. Bakının heç bir islam dövləti ilə münaqişəsi olmamasından dolayı bütün islam ölkələri jurnalistlərinin bir araya gələ bilməsini də məmnunluq hissi ilə qeyd edirlər.
Assosiasiyanın islam ölkələri mətbuatı ilə yaratdığı əlaqələr nəticəsində Azərbaycan haqqında mütəmadi olaraq yazılar və xəbərlər verilir. Assosiasiyanın məşvərət şurasının üzvü İordaniyalı tarixçi - yazar Ömər əl-Armuti Azərbaycan gerçəklikləri ilə ərəb aləmini tanış edir. Bu yaxınlarda, ərəb dünyasında yayımladığı yazıları bizə təqdim edib:
Ömər əl-Armuti qeyd edir ki, incəsənət müxtəlif janrları əhatə etsə də, sözün qüdrəti həmişə bu janrları üstələyib. Həqiqətən də ustad şair Nəsimi yüksək məziyyətlərə malik sözləri ilə biz oxucuları şeirlərinin əsirinə çevirib. O, şeirlərində yaradanla yaradılışın arasında olan birbaşa əlaqələrdən bəhs edən fəlsəfi düşüncələrə yer ayırıb.
Yaradıcılığının ilk dövrlərində Nəsimi də
ustadı Nəimi kimi sufizm mövqeyindən çıxış edir. Əqidəsi uğrunda fədakarlıqlar
göstərməyə hazır olan şair Mənsura heyran olub və öz yaradıcılığında onu tərənnüm
edib. Tədricən Nəsiminin dünyagörüşündə sufilik hürufiliklə əvəz olunur. Dahi
şair təkcə Azərbaycan ədəbiyyatına deyil, 15-ci əsrdən etibarən bütün türk ədəbiyyatına
güclü təsir göstərib.
Prezident İlham Əliyevin son günlərdə dövlət strukturlarında apardığı qlobal islahatlar da İordaniya mətbuatında işıqlandırılıb.
Azərbaycan dilinə tərcümə olunmuş "İordaniya Azərbaycan əlaqələrində önəmli məqamlar " adlı kitabın müəllifi Ömər əl-Armuti AzTV-nin "Rakurs” proqramında ondan götürülmüş müsahibəni internet vasitəsilə İordaniya ictimaiyyəti arasında yayıb.
Assosiasiyanın sədri Fazil Abbasovun da iştirak etdiyi müsahibədə Azərbaycan və İordaniya arasındakı ikitərəfli əlaqələrdən, Prezident İlham Əliyevin İordaniya kralı II Abdullah ilə dostluğundan, iki ölkə arasında dostluğun əsasını mərhum İordaniya kralı Hüseyn bin Talal və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin qoyduğundan, arxasında məlum güclərin durduğu ermənilərin Dağlıq və Düzən Qarabağı işğal etməsindən, 20 Yanvar faciəsindən və s. Azərbaycan gerçəkliklərindən danışılır.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Üzv Dövlətləri Jurnalistləri Assosiasiyasının qurulmasından və 2016-cı ilin oktyabrında, onun ölkəmizdə akkreditə olunmuş müsəlman dövlətlərinin səfirləri və diplomatlarının iştirakı ilə keçirilmiş təşəbbüs konfransından üç il keçib. Bu müddət ərzində islam ölkələrindən 200-dən çox media təmsilçisinin ölkəmizə səfərləri təşkil olunub. İndoneziya, Pakistan, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Bəhreyn, Livan, Misir, Tunis, Əlcəzair, Mərakeş, Türkiyə, Oman, İordaniya, Sudan və digər ölkələrdən gəlmiş jurnalistlər təkcə Bakıya deyil, Cocuq Mərcanlıdan tutmuş Qəbələ, Şəki, Şamaxı və digər bölgələrimizə səfər ediblər. Azərbaycanın dağını da, aranını da öz gözləri ilə görüb, tarixi abidələrimizi ziyarət edib, ziyalılarımızla, əsgərlərimizlə, zəhmətkeş insanlarımızla tanış olublar. Azərbaycan dövlətinin qazandığı uğurlar, Qarabağ həqiqətləri və ölkəmizin turist qəbulu potensialı və digər mövzular barədə onların qələmə aldıqları yazıları öz ölkələrinin mediasında, internet portallarında və TV kanallarında çox böyük heyranlıqla işıqlandırılıb. Bu jurnalistlərlə söhbət zamanı bir daha yəqin etdik ki, Azərbaycan, onun ən ağrılı Qarabağ problemi haqqında islam ölkələri mətbuatında davamlı yazılar getməlidir. Maarifləndirici xarakter daşıyan bu yazıların siyasi və iqtisadi tərəfləri vacib əhəmiyyət daşıyır. Ölkəmizə gələn ərəb turistlərini vətənimizin gözəl mənzərələri heyran edib. Qubanın Şahdağında, Qəbələnin Tufandağında açılan heyrətamiz mənzərənin təsviri minlərlə ərəb turistinin diqqətini cəlb edir. Yoxsul təbiəti olan ərəb ölkələrinin turistləri Şəkinin Xan sarayına, istirahət guşələrinə heyran olmaya bilmirlər.
İslam ölkələrindən olan həmkarlarımız, Orta Asiya Respublikaları, Rusiyadakı islam toplumları ilə ölkəmiz vasitəsilə əməkdaşlıq yaratdıqları üçün öz minnətdarlıqlarını da bildirirlər. Bakının heç bir islam dövləti ilə münaqişəsi olmamasından dolayı bütün islam ölkələri jurnalistlərinin bir araya gələ bilməsini də məmnunluq hissi ilə qeyd edirlər.
Assosiasiyanın islam ölkələri mətbuatı ilə yaratdığı əlaqələr nəticəsində Azərbaycan haqqında mütəmadi olaraq yazılar və xəbərlər verilir. Assosiasiyanın məşvərət şurasının üzvü İordaniyalı tarixçi - yazar Ömər əl-Armuti Azərbaycan gerçəklikləri ilə ərəb aləmini tanış edir. Bu yaxınlarda, ərəb dünyasında yayımladığı yazıları bizə təqdim edib:
Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban Əliyevaya həsr olunmuş tanıtım yazısında onun doğulduğu ailədən,
yaşadığı mühitdən, anası, şərqşünas alim, doktor Aidə İmanquliyevanın ərəb ədəbiyyatı,
xüsusilə, məhcər ədəbiyyatı haqqında tədqiqatlar aparmasından, atası Arif
Paşayevin Aviasiya Akademiyasında gördüyü işlərdən, babası - Azərbaycanın Əməkdar
elm xadimi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Mir Cəlal
Paşayevin Azərbaycan ədəbiyyatına göstərdiyi xidmətlərdən söhbət açılıb. Yazıda
belə bir ailə mühitinin Mehriban xanımın uşaq yaşlarından hərtərəfli inkişaf
etməsində böyük rol oynadığı da vurğulanıb. Müəllif Mehriban xanımın 2004-cü
ildə əsası qoyulmuş, Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Fondun
prezidenti qismində xeyriyyə işləri ilə məşğul olduğunu, ölkəmizdə mədəniyyətin,
səhiyyənin, təhsilin inkişafına göstərdiyi qayğını, Azərbaycanda muğam irsinin
beynəlxalq aləmdə yüksək səviyyədə tanıtmasını ərəb dünyasının diqqətinə çatdırıb.
İordaniyalı yazar həmçinin qeyd edir ki, Mehriban xanım xalqlar arasında sülhün
carçısı kimi mədəniyyətlərarası və sivilizasiyalararası əməkdaşlığa çox böyük
töhfələr verib.
Məqalədə, həmçinin, Birinci vitse-prezidentin
siyasi fəaliyyətinə də geniş yer verilib.
Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin
Nəsimiyə həsr olunmuş məqalədə göstərildiyi
kimi, bu il Azərbaycanda Nəsimi ili elan olunub və bu münasibətlə hər
bir bölgədə silsilə tədbirlər keçirilib. Ömər əl- Armuti də bu barədə ərəb mətbuatında
ətraflı məlumat verib. O, bir çox ərəb ölkələrində də böyük mütəfəkkirin mübarək
ruhunu dərin fəxarət hissi ilə yad etdiklərini bütün Şərq dünyasının diqqətinə
çatdırır. Ömər əl-Armuti qeyd edir ki, incəsənət müxtəlif janrları əhatə etsə də, sözün qüdrəti həmişə bu janrları üstələyib. Həqiqətən də ustad şair Nəsimi yüksək məziyyətlərə malik sözləri ilə biz oxucuları şeirlərinin əsirinə çevirib. O, şeirlərində yaradanla yaradılışın arasında olan birbaşa əlaqələrdən bəhs edən fəlsəfi düşüncələrə yer ayırıb.
Müəllif qələmə aldığı yazıda şairin tərcümeyi-halına
da nəzər yetirib, qüdrətli şairin dəqiq harada dünyaya göz açması ilə bağlı
qalmaqallı fikirlər olduğunu qeyd edib. Daha sonra isə Nəsiminin " Hüseyni ” adlı
ilk qəsidəsini məşhur sufi şairi Hüseyn Mənsur Həllaca həsr etməsindən, dövrünün
görkəmli alimlərindən təhsil aldıqdan sonra, hürufi Fəzlullah Nəiminin yolunu
davam etdirməsindən, əsərlərinin dünyanın bir çox dillərinə tərcümə edilməsindən
və hürufi ideyalarını təbliğ etdiyinə görə edam olunmasından söhbət açır.
Prezident İlham Əliyevin son günlərdə dövlət strukturlarında apardığı qlobal islahatlar da İordaniya mətbuatında işıqlandırılıb.
Azərbaycan dilinə tərcümə olunmuş "İordaniya Azərbaycan əlaqələrində önəmli məqamlar " adlı kitabın müəllifi Ömər əl-Armuti AzTV-nin "Rakurs” proqramında ondan götürülmüş müsahibəni internet vasitəsilə İordaniya ictimaiyyəti arasında yayıb.
Assosiasiyanın sədri Fazil Abbasovun da iştirak etdiyi müsahibədə Azərbaycan və İordaniya arasındakı ikitərəfli əlaqələrdən, Prezident İlham Əliyevin İordaniya kralı II Abdullah ilə dostluğundan, iki ölkə arasında dostluğun əsasını mərhum İordaniya kralı Hüseyn bin Talal və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin qoyduğundan, arxasında məlum güclərin durduğu ermənilərin Dağlıq və Düzən Qarabağı işğal etməsindən, 20 Yanvar faciəsindən və s. Azərbaycan gerçəkliklərindən danışılır.
P.S. Yazı nəşrə hazırlanərkən, Ömər əl-Armuti Əmmandan
xəbər verdi ki, İordaniyanın ədəbi və mədəni ictimaiyyətinin, dövlət qurumları
təmsilçilərinin, Azərbaycan səfirliyi əməkdaşlarının, diaspor nümayəndələrinin,
habelə bu məqsədlə Bakıdan gəlmiş Azərbaycan MEA Şərqşünaslıq İnstitutunun
professoru Səadət Şıxıyevanın iştirakı ilə Nəsimiyə həsr olunmuş simpoziumda
iştirak ediblər.
Fidan Salmanova