Səsi bal kimi olan xanəndə
"Onun səs diapazonu o qədər geniş olmasa da,
öz tembrinə görə təsirli və məlahətli idi. Xanəndənin zəhmətsevərliyi və sənət
axtarışları nəticəsində əldə etdiyi ifaçılıq texnikası, poeziya və muğamı
yüksək bədii zövqlə uzlaşdırma qabiliyyəti, muğam biliciləri və musiqisevərlər
tərəfindən yüksək dəyərləndirilib”.
Bu sözlər Azərbaycanın musiqi mədəniyyətinin inkişafı və təbliğində böyük
xidmətləri olan ustad sənətkar Hacıbaba Hüseynov haqqındadır.
Ölkə başçısı İlham Əliyevin Hacıbaba Hüseynovun 100 illik yubileyinin
keçirilməsi haqqında verdiyi sərəncamda da, qədim xanəndəlik
sənəti ənənələrinin layiqli davamçılarından biri kimi, Hacıbaba Hüseynovun
muğamı və bədii sözü ahəngdar şəkildə uzlaşdırması, yüksək ifaçılıq
mədəniyyətinin parlaq nümunələrini yaratması qeyd edilib: "Təsirli və məlahətli
səsə malik sənətkar mahir ifaçısı olduğu rəngarəng muğamlarla yanaşı, çoxsaylı
təsniflər və xalq mahnıları ilə musiqisevərlərin qəlbində silinməz iz
qoymuşdur. Hacıbaba Hüseynov daim saflığını qorumağa çalışdığı muğamın tədrisi
sahəsində də uzun illər səmərəli fəaliyyət göstərmiş və məşhur xanəndələrin
bütöv bir nəslinin yetişdirilməsinə böyük əmək sərf etmişdir”.
Ədəbiyyatşünas alim Rafael Hüseynov isə görkəmli xanəndənin sənətinə belə dəyər verib: "Həqiqətən, Hacıbaba Hüseynovun Azərbaycan
muğamı, musiqisi tarixində ən müstəsna xidməti ondan ibarətdir ki, o, klassik
muğam irsinin yaşadığı günlərlə gələcək arasında çox vacib rabitəni qurmağı
bacaran insan idi. O, mükəmməl bir təhsil görməmişdi, ibtidai təhsilini belə
başa vurmamışdı. Buna baxmayaraq, özünün mütaliəsi, geniş dünyagörüşü,
müdrikliyi sayəsində klassik ədəbiyyatı çox mükəmməl şəkildə öyrənmişdi. Həmişə
çox bilgin insanlarla ünsiyyətə can atmışdı və hər cəhətdən dərin insana
çevrilmişdi. O, klassik ədəbiyyatı incəliyinə qədər bilirdi. Baxmayaraq ki,
əruz vəzninin təfirələrindən, ayrı-ayrı ölçülərindən xəbərsiz idi, bəhrlərin
adını bilmirdi, amma əruzda mükəmməl şeirlər yazırdı. Çünki özü musiqiçi
olduğundan, ritmi çox gözəl bildiyindən əruzun ritmini ustalıqla tuturdu və
klassik ədəbiyyatla dolu olduğundan, çox zəngin irs qoymağı bacardı. Onun
300-dən artıq qəzəli, müxəmməsi, rübaisi, qoşmaları var ki, Azərbaycan
ədəbiyyatının çox gözəl nümunələri cərgəsində yer tutmaqdadır”.
Elə bil Zülfi oxuyur
Hacıbaba
Hüseynov Bakı şəhərinin Çəmbərəkənd məhəlləsində, dənizçi Hüseynəli Hacıbaba
oğlunun ailəsində anadan olub. Ruhani ailəsində böyüyən Hacıbaba erkən yaşlarında
məscidlərdə, yas məclislərində nohə və mərsiyə söyləyərmiş. 1938-ci ildə
xanəndə Zülfü Adıgözəlovun musiqi valını əldə edən gənc xanəndə, onun oxuduqlarını
təkrar edərək yamsılayırmış. Dostları da
gənc Hacıbabaya deyərmişlər ki, sən oxuyanda elə bilirik Zülfü oxuyur. Böyük
Vətən Müharibəsinin başlaması ilə
Hacıbaba muğam oxumağa fasilə verərək "Parkommuna" zavodunda
tornaçı işləməyə başlayır. Dediyinə görə, ucadan olmasa da, ürəyində həmişə
muğam oxuyarmış. Müharibə qurtarandan sonra Hacıbaba Hüseynovun baldızı Sara
Qədimova onu görkəmli pedaqoq, tarzən Əhməd Bakıxanovla tanış edir. Məşhur
tarzən gənc Hacıbabanı öz ansamblına nağara ifaçısı kimi dəvət edir. Hacıbaba
həmin ansamblda üç il çalışır. Güclü hafizəsi sayəsində eşitdiyi dini musiqi
nümunələrini, muğamları dərindən mənimsəyir, əruz vəzninin qayda-qanunlarını
öyrənərək qəzəllər yazmağa başlayır. Həmin vaxtlarda Hacıbaba Hüseynov
ansamblla çıxış edən xanəndələrdən, musiqiçilərdən, Əhməd Bakıxanovdan muğamın
incəliklərini öyrənir və ömrünün sonuna qədər görkəmli tarzəni özünün əsas
ustadı hesab edir.
Toylarda nağara
çalan Hacıbabanı, bəzən toy sahibləri oxutdurarmışlar. Hacıbaba Hüseynov xatirələrinin
birində danışıb: "Bir gün Zülfü Adıgözəlova söyləyirlər ki, bir cavan oğlan
var, nağara ifa edir və oxuyur, yaman səni yamsılayır. Zülfü məni öz yanına
konservatoriyaya çağırdı və oxumağımı xahiş etdi. Oxuyub qurtarandan sonra dedi
ki, yaxşı oxuyursan, amma məni yamsılama. O vaxtdan öz ifa tərzimi seçdim”.
1963-cü ildə
Zülfü Adıgözəlovun vəfatından sonra, Əhməd Bakıxanov Hacıbaba Hüseynovu
Azərbaycan Dövlət Musiqi Məktəbində muğamatdan dərs deməyə dəvət edir. Hacıbaba
Hüseynov ömrünün sonuna qədər, 30 il ərzində həmin məktəbdə dərs deyir və
xanəndələr yetişdirir. Onun tələbələri arasında Xalq artisti Qədir Rüstəmov,
Səxavət Məmmədov, Zaur Rzayev, Nəzakət Teymurova, Teymur Mustafayev, Aqil
Məlikov, Səfər Mirzəyev, Sabir Əliyev, Bilal Əliyev, Zabit Nəbizadə, Sahib
İbrahimov və b. tanınmış xanəndələr var. Görkəmli xanəndə Ağaxan Abdullayev,
Məmmədbağır Bağırzadə və Alim Qasımov Hacıbaba Hüseynovun birbaşa tələbələri
olmasalar da, onun ifasından çox bəhrələnib və yaratdığı məktəbi layiqincə
təmsil ediblər. "Hacıbaba Hüseynov tək ifaçı
deyildi, həm də bəstəkar qabiliyyətinə malik olan yaradıcı idi. Onun
bəstəkarlıq səriştəsi, qabiliyyəti imkan verirdi ki, uşaqlıq illərində,
gəncliyində, yeniyetməlik çağlarında eşitdiyi hansısa unudulmuş melodiyaları,
ayrı-ayrı təsnifləri bərpa eləsin. Onları müasir sığalla daha gözəl hala
salsın, köhnəlmiş sözləri dəyişərək öz yaradıcılığından və ya digər şairlərdən
uyğun gələn misralar əlavə eləsin və gözəl yeni musiqi lövhələri yaradaraq
xalqa təqdim eləsin. Hacıbaba Hüseynovun bir özəlliyi də ondan ibarət idi ki,
onu həm yaşlı, həm orta, həm də ən gənc nəslin nümayəndələri çox sevirdilər.
Hacıbaba Hüseynovun ifasında o qədər orijinallıq var idi ki, hətta Şərq
musiqisinə, muğamata bələd olmayanlar belə, onu bir dəfə dinləyəndə səsinə
vurulurdular”- deyə R.Hüseynov ustad
xanəndə haqqında söyləyir.
Təsnifi
dəb saldı
Hacıbaba Hüseynov ilk dəfə
televiziya ekranında görünəndə təqribən qırx yaşı varmış.Həmin gün
bəstəkar Cahangir Cahangirov onu studiyaya dəvət edib və orada tarzən Əhsən
Dadaşovun və kamançaçalan Fərhad Dadaşovun müşayiəti ilə "Zabul”, "Rast” və
"Şur” muğamlarını oxuyub.
Hacıbaba Hüseynovun yaratdığı çoxsaylı təsniflər
musiqi irsinə daxil olaraq muğam ifaçılığında geniş yayılıb. Görkəmli xanəndə
"Rast” muğamının "Üşşaq” və "Hüseyni”, "Novruz-rəvəndə”, digər muğamlarda olan
"Şah Xətai” şöbələrinin ilk ifaçısı olub. Xanəndənin təşəbbüsü ilə
"Bayatı-şiraz” muğamının "Dilruba” şöbəsi dərsliyə əlavə olunub.
Tanınmış tarzən
VamiqMəmmədəliyevin xatirəsindən: "Hacıbaba mərsiyələri çox dinləyib.
Onlara özü söz qoşub oxuyardı. SeyidƏzimiçoxsevərdi.Onunqəbrini
ziyarətedib. Həradamlaoturubsöhbət eləməzdi. Mən Asəf Zeynallı adına Musiqi
Texnikumundatələbə olarkən 4 il onun dərslərində pulsuzkonsertmeyster işləmişəm, orada bişmişəm."Buradabirrəngiçal, burada gözlə...”. Xanəndə müşayiət etməyin dəözqanunlarıvar.
Hacıbabaözü4sinifqurtarıb,
savadı olmayıb,ammatoylardayetişib. Əkrəm Cəfər, Əli Fəhmi, Həkim Qəni, Hacı Mayılla
söhbətlərdəbişib. Zülfüdənçoxşeygötürüb. Ovaxtxanəndələr
bir-birinə qəzəl verməzdilər, paxıllıq olub. Təsnifi Hacıbaba dəb saldı,ondansonratoylardatəsnifoxumağabaşladılar.
Həmişədeyirdi, ki, butəsnifləri
dəbdəqalmaqüçün oxuyuram.Özüdə gözəl qəzəllər yazıboxuyurdu,
nəbzitutanadamidi, elə nöqtələrə toxunardı ki, toylardahamıonutələbedirdi. O,
azsaylı xanəndələrdəndirki,böyükpərəstişkarordusuvardı,
məclisə dəf əlində daxil olanda hamıayağadururdu. Bəzi xanəndələr dəfiözügötürməzdilər,arbilərdilər, kimsəonundəfini
daşıyırdı,ammaHacıbabadeyirdiki, yox,özümaparacağamdəfimi,bumənim
sənətimdir. Səsindəbirqətrə
dəxariclikyoxidi. Səsinəbaxanidi, məclisdə yemək yeməzdi,ancaqçay-meyvə.
Deyərdi ki, xanəndə gərək səsiolmayandadaoxuyabilsin, səsolandaoxumağanəvarki! İnanmırdı ki, ona Filarmoniyadayubileykeçirsinlər.Deyirdi
ki, kimqoyarməniosəhnəyə? Başım keçəl,burnumböyük, qarnım yekə.Özümdəqaradivə oxşayıram. Amma ona çox gözəl yubiley
keçirdilər.
Hacıbaba Hüseynov xalq yaradıcılığına da böyük
diqqət verib - Azərbaycanın müxtəlif bölgələrindən, habeləTürkiyəvəİraqdaoxunan
xalq yaradıcılıq nümunələrini təsniflərdə istifadə edib. O, xalqdan topladığını
yeniləmiş şəkildə xalqa qaytarır, bu sənət əsərlərin daha da geniş tanınmasına
zəmin yaradırdı.
Hacıbaba Hüseynov 1989-cu ildə 70 illik yubileyinə
qədər ölkədən kənara – qastrol səfərinə çıxmamışdı. Bakı kəndlərində, ölkənin
rayon və şəhərlərində oxuyurdu. Nəhayət, 1990-cı ildə ilk dəfə xarici səfərə -
böyük bir musiqiçi və ziyalı heyəti ilə İraqa gedir. Bir il sonra Fransanın
Paris, Marsel, Lion, Monpelye, Belçikanın Brüssel şəhərlərində, İsveçrədə,
Hollandiyada konsertlər verir. Son səfəri 1992-ci ildə on iki nəfərlik musiqiçi
heyəti ilə İran İslam Respublikasına olur. İki ay çəkən səfər zamanı İranda
yadda qalan konsert proqramları ilə çıxış edir.
Hacıbaba Hüseynov Azərbaycanın Xalq artisti fəxri
adına layiq görülüb. Görkəmli xanəndə 24 oktyabr 1993-cü
ildəSumqayıtşəhərində prokurorluq işçilərinin qonağı olur. Görüşdə
çoxlu söhbətlər edir, qəzəllərindən deyir və muğam nümunələri oxuyur. Axşama
yaxın evə gələn xanəndə birinci mərtəbədən səkkizinci mərtəbəyə liftlə qalxır.
Liftdən çıxıb iki pilləkən düşən xanəndə mənzilinə qədər ailəsinin köməkliyi
ilə gedir. Hacıbaba Hüseynovun vəfatı Azərbaycan muğam sənəti üçün böyük itki
olur. Görkəmli xanəndə haqqında sənət dostlarının, musiqişünasların verdiyi
dəyərdən başqa, xalqın verdiyi daha böyük dəyər var. Onun haqqında "Səsi bal
kimi idi” deyirdilər. Elə bu səslə də onun ifası təkcə lent yazılarının yaddaşında
deyil, insanların qəlbində, hafizəsində yaşayır.
Təranə Məhərrəmova