AZE | RUS | ENG |

“Səs vermək üçün növbədə 20 dəqiqə gözləmişəm”

“Səs vermək üçün növbədə 20 dəqiqə gözləmişəm”
"Seçki prosesi qanunun tələblərinə uyğun keçirilib".
 
APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı iclasında Yeni Azərbaycan Partiyası icraçı katibinin müavini Siyavuş Novruzovbildirib.
  
MSK sədrinin ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT DTİHB), ATƏT Parlament Assambleyası (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezident seçkiləri ilə bağlı ilkin faktlar və nəticələr haqqında bəyanatına toxunan S. Novruzov deyib ki, Azərbaycanda müstəqillik illərində peşəkar seçki komissiyası formalaşıb: "Namizədlər də deyirlər ki, onlar hər hansı problemlə üzləşməyiblər. Beş gün əvvəl Azərbaycana gələnlər reallığı necə bilə bilərlər? Mən prezidentin səlahiyyətli nümayəndəsi kimi seçki məntəqəsində səs vermək üçün 20 dəqiqə növbədə gözləmişəm. Bu, seçkinin hansı səviyyədə keçdiyini göstərir".  





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176